Ukraynada dövlət çevrilişi hazırlayan qrup ifşa edildi - Rusiya izi...
Ukrayna Təhlükəsizlik Xidməti bu il iyunun 30-da Kiyevdə təxribatlar hazırlayan bir qrup ictimai “fəal”ı ifşa edib. Bildirilir ki, onlar Ali Radanı ələ keçirməyi planlaşdırıblar.
İstintaqın məlumatına görə, qruplaşmaya 2015-ci ildən anti-Ukrayna hərəkətləri ilə tanınan ictimai təşkilatın həmtəsisçisi rəhbərlik edib. Qrup qondarma “veçe” keçirmək adı altında Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılmasını elan etməyi planlaşdırırdı.
Sonra “fəallar” Ali Radanın binasını ələ keçirməyə və onun işinə mane olmağa ümid edirdilər.
Ukrayna Təhlükəsizlik Xidməti bildirib: “İnsanları toplamaq üçün təşkilatçılar paytaxtın mərkəzində guya dinc aksiya təşkil etməli idilər. Lakin tədbir iştirakçılarının əksəriyyəti təxribatlarla bağlı əsl “qaranlıq” niyyətlərini açıqlamadan, bu insanlardan istifadə etmək istəyiblər”.
Qeyd olunur ki, çevriliş hazırlayan qrup Kiyevdəki “iğtişaşlar” barədə yerli və xarici informasiya resursları vasitəsilə məlumat yaymağı planlaşdırıb. Beləliklə, onlar Ukraynanın daxilində Rusiya Federasiyasının xeyrinə ictimai-siyasi vəziyyəti pozmağa ümid edirdilər.
Qrupun lideri cinayət planını həyata keçirmək üçün öz sıralarına Kiyevdən, Dneprdən və digər bölgələrdən olan ictimai birliklərin üzvlərini – öz şəriklərini cəlb edib. Məxfilik məqsədi ilə müxtəlif mesencerlər vasitəsilə əlaqə saxlanılıb və şəxsi görüşlər yalnız 3 nəfərlik kiçik qruplar şəklində baş tutub.
Ukrayna Təhlükəsizlik Xidməti qrup üzvlərinin niyyətini əvvəlcədən ifşa edib, onların təxribat fəaliyyətini sənədləşdirib və təşkilatçıları saxlayıb.
“Fəalların” evlərində axtarış zamanı onlardan silah-sursat, həmçinin mobil telefonlar, kompüter avadanlığı və cinayət əməllərini göstərən qaralama qeydləri aşkar edilib.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onları əmlakı müsadirə olunmaqla 10 ilə qədər həbs cəzası gözləyir.
ZÜMRÜD