Makron seçkilərdə uduzdu, Parisdə talanlar başladı
Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” (“Black bloc” - red) hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar. Xarici KİV-lərin yazdığına görə, hadisələr ötən gün parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib.
Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başladılar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Ən son məlumatlara görə, Fransa paytaxtında gərginlik səngimir. Bir sıra qruplar vəziyyətdən istifadə edib Parisin müxtəlif rayonlarında talançılıq edirlər.
Mətləb Salahov