Yens Stoltenberq Çini hədəf aldı: "Pekin maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur"
NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Yomiuri Shimbun" qəzetinə müsahibəsində Çini hədəf alıb. Onun bildirdiyinə görə, NATO Çini düşmən hesab etmir, lakin alyans rəhbərliyinin fikrincə, Pekin onun dəyərlərinə və maraqlarına meydan oxuyur. "NATO Çini düşmən hesab etmir, lakin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib. Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu ölkələri təhdid edir.
Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, Pekin bununla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.
Mətləb Salahov