BMT Təhlükəsizlik Şurasına Rusiya sədrlik edəcək
Rusiya Federasiyası iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, ölkə sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.
Söhbət daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq müzakirələrdən gedir. Bu iclaslarda Rusiya tərəfi xüsusilə yeni qlobal “təhlükəsizlik tənlik” məsələsinə toxunacaq. Tədbir iyulun 16-na planlaşdırılıb. İyulun 17-də Yaxın Şərq nizamlanması məsələlərinə dair açıq müzakirələr aparılmalıdır. İyulun 19-da Rusiya sədrliyinin üç əsas tədbirindən biri - BMT və regional təşkilatlar, yəni KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair Təhlükəsizlik Şurasının müzakirəsi planlaşdırılır.
Mətləb Salahov