Laçında hind filmi çəkiləcək
Laçında hind filminin çəkilişləri başlayacaq. Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
"Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına bədii və sənədli filmlərlə başlayıb və hazırda tammetrajlı bədii film çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif beynəlxalq mükafatlara namizəd və qalib olub.
Bundan başqa, Amil Amal yeni film çəkmək üçün Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən qrant və maliyyə əldə edib. Filmin hazırda hazırlıq dövrü başlayıb. Ümid edirik ki, daha çox prodüser mərkəzləri Hoçazfilmin layihələrinə diqqət yetirəcək", - o deyib.
M.Məmmədov həmçinin Laçının özlüyündə unikal olduğunu və müxtəlif istiqamətlərdən rəssamları cəlb etdiyini qeyd edib.
"Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Hoçazfilm kinostudiyası da bu mənada həm Hindistan həmçinin Türkiyə və digər xarici prodüserlərin hazırda diqqət mərkəzindədir. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir", - deyə o əlavə edib.