"Makron Ukraynaya qoşun göndərə bilməyəcək, çünki..." - Marin Le Pen
Baş nazirin dəyişsə halında, Fransa prezidenti Makron Ukraynaya qoşunları göndərə bilməyəcək. Bunu Fransanın müxalifət partiyası “Milli Birliy”in nümayəndəsi Marin Le Pen deyib.
Fransız siyasətçi bildirib ki, ali baş komandan titulu prezident üçün fəxri statusdur, çünki portfelə məhz ölkənin baş naziri nəzarət edir.
Ölkə başçısı ilə mümkün birgə yaşayışı necə gördüyünə dair sualı cavablandıran Marin Le Pen Fransanın konstitusiyasında hər şeyin aydın şəkildə göstərildiyini deyib. Baş nazirin seçiminə gəlincə, Le Pen prezidentin başqa seçimi olmadığını anladığını, çünki Cordan Bardellanın birbaşa fransızlardan legitimlik aldığını bildirib.
Müxalifət “Milli Birlik” partiyasının qalib gələcəyi halda, partiyanın baş nazirliyə namizədi məhz Cordan Bardella olacaq. “Cordan onunla mübarizə aparmaq niyyətində deyil, lakin o, qırmızı xəttlər qoyub. Prezident Ukraynaya qoşun göndərə bilməyəcək”- deyə Marin Le Pen vurğulayıb.
TAHİR