Ağdamda daha 66 binanın tikintisinə başlanıb...
Ağdamda aktiv işlər görülür, burada ikinci yaşayış massivi layihəsi çərçivəsində 66 binanın tikintisinə artıq başlanılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Torpaqlarımızın mədəniyyətinin və irsinin necə bərpa olunduğunu görürük. Hökumətimiz işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üzərində aktiv şəkildə çalışmağa davam edir. İnanırıq ki, birgə səylərlə Qarabağı və digər rayonları bütün Azərbaycanın qürur duyacağı çiçəklənən və müasir bölgələrə çevirə biləcəyik", - o deyib.