Bakıda qara maskalılar ev sahibinə xəsarət yetirib telefonunu apardılar...
Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.
Daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD