Həbs olunmuş nazir müavininin qarajından görün nələr çıxdı...Xalqı belə talayırlar...
Rusiya müdafiə nazirinin həbsdə olan müavini Timur İvanovun işi yeni detallarla ictimaiyyətin diqqətini cəlb etməkdə davam edir. Rusiya mediası sabiq nazir müavini ilə bağlı bir sıra detalları üzə çıxarıb. 2016-2019-cu illərdə sənədləri araşdıran jurnalistlər general üçün dəbdəbəli və bahalı avtomobilləraləmini kəşf ediblər. “Proqorod59”.ru saytının yazdığına görə, İvanovlar ailəsinin avtomobil parkı xüsusi maraq doğurur. Belə ki, orada prestijli xarici avtomobillərdən əlavə, Stalin dövründən qalma nadir ZiS-110 limuzini tapılıb.
İvanovlar ailəsinin premium avtomobil salonunu xatırladan qarajında Chevrolet Suburban (generalın özünə məxsusdur), Bentley Continental, Aston Martin və Hummer H2 (arvadına məxsusdur) kimi avtomobillər, eləcə də digər lüks avtomobillər var. Rusiya mediası yazır ki, müasir məmurun əlində belə bir avtomobilin olması vətəndaşlar arasında qızğın müzakirələrə səbəb olub. “Bəziləri generalın üslubuna heyran qaldı, bəziləri məmurlarla sadə insanların həyat səviyyəsi arasındakı uçurumdan hiddətləndi.” – Rusiya saytı yazır.
Mətləb Salahov