Prezidentliyə başlamazdan əvvəl Ukrayna məsələsini həll edəcəyəm - Tramp söz verdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu ilin noyabrında yenidən seçiləcəyi təqdirdə prezident vəzifəsinə başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib.
Tramp Filadelfiya ştatında seçki kampaniyası çərçivəsində çıxışı zamanı ABŞ prezidenti Baydeni üçüncü dünya müharibəsinin başlamasında, həmçinin Yaxın Şərq və Avropadakı problemlərdə ittiham edib.
O, seçkilərdə qalib gələn kimi Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edəcəyinə söz verib.
“Hətta mən Dairəvi kabinetə girməzdən əvvəl, prezidentlik yarışında qalib gələndən dərhal sonra Rusiya və Ukrayna arasındakı bu dəhşətli münaqişəni həll edəcəyəm”, - deyə Tramp bildirib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Yeni prezidentin andiçmə mərasimi isə 2025-ci il yanvarın 20-də baş tutacaq.
TAHİR