ABŞ Rusiyanın viza mərkəzini bağlayır - Zaxarova Vaşinqtonu hədələdi...
ABŞ Rusiya viza mərkəzlərini bağlamaq və diplomatları vergi imtiyazlarından məhrum etmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"ABŞ belə tədbirlər həyata keçirərsə, Rusiya tərəfi adekvat cavab verəcək", - Zaxarova qeyd edib.
Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-nin Vaşinqton və Nyu-Yorkda filialları olan Rusiya viza mərkəzini bağlamaq qərarına gəldiyini bildirmişdi.