KÖHNƏ VERSİYA            

SAXUR XALQININ ŞƏHİD QIZI - FOTO

Image

Onun azad Azərbaycan adlı böyük bir arzusu və sevgisi vardı

Mən ancaq əlamətdar günlərdə Şəhidlər xiyabanına gələndə deyil, Badamdar istiqamətində yolum düşəndə, yaxınlıqdakı Alov qüllələrində keçirilən tədbirlərə qatılanda, Az.TV-də çalışan tələbə yoldaşlarıma baş çəkəndə də Sədaqətin qəbrini ziyarəti özümə borc bilirəm. Və həmişə - yayın bürküsündə, qışın şaxtasında bu müqəddəs məzar üzərində bir ədəd qərənfil var. Sanki gəncliyinin, subaylığının, nakamlığının simvoludur... İkinci qərənfili də qranit daşın üzərinə qoyuram, çiçəklər qoşalaşır – arzularımızın, dualarımızın, xoşbəxtliyinin rəmzinə çevrilir...     

Əslində, onun ruhunun şadlığını, yerinin rahatlığını iki fakt dəqiqliklə təsdiqləyir: uğrunda canını qurban elədiyi torpaqlar yağı caynağından amandadır və paytaxtın bu ali məkanındakı son məskənini özü vəsiyyət eləmişdi. Ağır döyüşlərin birində yaralanıb Bakıda hospitalda müalicə alarkən görüşünə gələn bacısı və əmisi qızına belə deyib: “Vətən uğrunda qəhrəmancasına vuruşub şəhidlik məqamına yüksəlmək və Şəhidlər xiyabanında uyumaq ən böyük xoşbəxtlikdir. Döyüşlərdə həlak olsam, məni də burada torpağa tapşırarsınız...”

Sədaqət Rəcəbova 1971-ci il yanvarın 27-də Zaqatala rayonunun Sabunçu kəndində dünyaya göz açmışdı. Valideynləri Abakər ata da, Səfiyyə ana da halal əməklə dolanan, zəhmətkeş, əliqabarlı insanlardı. Ailədə 5 övlad - 4 bacı, bir qardaş böyüyürdü. Sədaqət sonbeşik idi. Öz kəndlərindəki səkkizillik, qonşuluqdakı Yuxarı Çardaxlar tam orta məktəbini bitirmişdi. “Elsevər” imzası ilə məqalə və şeirlər yazırdı. Elə bizim tanışlığımız da ötən əsr səksənlərin sonu - doxsanıncı illərin başlanğıcında “Qırmızı Bayraq” adlanan “Zaqatala” qəzetinin redaksiyasında olmuşdu. Mən BDU-nun jurnalistika fakültəsində təhsil aldığım illərdə rayona qayıdanda, o isə əsrarəngiz dağ kəndində yaşayıb-yaradarkən tez-tez bu ünvanda yollarımız kəsişirdi. SSRİ-nin çöküşü ilə regionda vəziyyət xeyli mürəkkəbləşmiş, ümidsizlik, həyəcan, qarışıqlıq yaranmışdı. Ölkəmizdə də proseslər get-gedə nəzarətdən çıxır, ictimai-siyasi durum ağırlaşır, hakimiyyət kürsülərinə canatmalar zəminində hərc-mərclik, özbaşınalıqlar hökm sürürdü. Fürsətdən yararlanan xain dığalar, daşnakların şimalda və qərbdəki lobbiləri Azərbaycana qarşı çoxdan planlaşdırıb üstüörtülü şəkildə apardıqlar ərazi iddialarını açıq müstəviyə keçirmişdilər. Ermənistanın sonradan yiyələndiyi tarixi torpaqlarımızda yaşayan minlərlə soydaşımız ata-baba yurdlarından qovuldular. Əvvəl sərhədyanı bölgələrdə, tədricən Qarabağın içərilərində “qırmızı imperiya” qoşunlarının köməyi ilə xalqımıza qarşı qətliamlar törədildi. O zamanlar yenicə dövlət müstəqilliyi qazanmış ölkənin hələ nizami ordusu yaranmadığından könüllülər silaha sarılıb müdafiəyə qalxdılar. Məhz belə bir zərurət, mənəvi borc qarşısında cəsur, vətənpərvər qızımız da sakit dayana, kənardan seyrçi ola bilməzdi.     

Sədaqət əla qiymətlərlə oxumuşdu, yaradıcı gənc idi. Qələminin nəzm və nəsr məhsulları, məqalələri, müraciətləri, məktubları gələcəyin parlaq istedadından xəbər verirdi, özü də jurnalist olmaq istəyirdi. Lakin torpaqlarımızda gedən amansız müharibə ona bu haqda düşünüb-daşınmağa, sənədlərini hazırlayıb qəbul komissiyasına təqdimatına imkan vermədi. Vətənin dar günündə bu arzusunu ürəyində dəfn edərək, Birinci Qarabağ savaşına qatıldı, “inşəallah, ali təhsil almağım qələbədən sonraya qalsın” dedi.       

Beləliklə, Azərbaycanımızın milli-azadlıq hərəkatı, suverenliyi və ərazi bütövlüyü uğrunda mücadilələrə yüzlərlə qazi və şəhid vermiş qəhrəman saxur xalqının mərd, kişi qeyrətli qızının səngər həyatı, döyüş yolu başlandı. 1992-ci ilin martında Goranboy bölgəsinə gələrək, ilk günlərdən cəldliyi, qorxmazlığı, silahla davranışı, düşmənə nifrəti ilə cəbhə yoldaşlarının hörmətini qazandı, əsgər və zabitlərin qız qardaşı oldu. Hərbi texnikaya xüsusi həvəsi tezliklə müxtəlif silahlardan mükəmməl istifadə, hətta tankı sərbəst idarə etməsi ilə nəticələndi. Sonralar könüllülərdən ibarət Zaqatala batalyonunun tərkibində Ağdam, Ağdərə, Füzuli cəbhələrindən keçdi, həmişə ən qaynar nöqtələrə yürüdü. Qarabağ döyüşlərində böyük şücaətlər göstərən bu birləşmənin qazandığı qələbələrdə şübhəsiz ki, S.Rəcəbovanın da öz payı var. 

Müharibə bölgəsinə yardım aparmaq və səngərlərdən reportajlar hazırlamaq məqsədilə qarabağa mütəmadi ezamiyyətlərə gedən, uzun illər region mətbuatında müxbir, məsul katib, redaktor işləmiş ixtiyar yaşlı jurnalist Zenfira Nəsibova bir məqamı daim xatırlayır: “Biz Ağdama çatanda əsgərlər döyüşdən yenicə qayıtmışdılar. Hamısı gəlib əl sıxıb görüşür, “xoş gəldin” edirdi. Birdən sövqi-təbii ovcumdakı əlin kişi xeylağına məxsus olmayacaq qədər yumşaqlığını hiss edib diqqətimi topladım. Qarşımdakı şəxs gülə-gülə papağını çıxaranda saçları çiyninə töküldü. Dedi, müəllimə, düz tapmısınız, mən xanımam, 70 qardaşın bacısıyam. İnanın, elə sevindim, qürurlandım ki... Xeyli söhbətləşdik, onu dinləyəndə bir daha anladım ki, doğrudan da aslanın erkəyi, dişisi olmazmış. Valideynlərinin onun müharibəyə yollanması ilə razılaşmadıqlarını, mental dəyərləri əsas gətirdiklərini söylədi. Mən də yaşlı ata-anasının sözünü yerə salmamasını, bəlkə fikrini dəyişib geri qayıtması barədə düşünməsini istədim. Sanki gözlərində şimşək çaxdı, “yalnız qələbədən sonra!” cavabı ilə avtomatını götürdü vidalaşıb getdi...”      

Təbii ki, Zaqatala rayonunun Sabunçu kəndində yaşayan bir ailə - Rəcəbovlar rahatlıq tapa bilmirdilər. Nəhayət, böyük övladları Əminəni cəbhəyə - bacısının görüşünə göndərdilər ki, bəlkə xanım döyüşçünü fikrindən daşındırar. O isə cəmi bir neçə ay əvvəl ayrıldığı bacısını tanımaqda çətinlik çəkdi - Sədaqət bu müddətdə yenidən yoğrulmuş, mətinləşmiş, ad-san qazanmış, qəhrəman kimi hamının istəklisinə çevrilmişdi. Odur ki, evə nə vaxt dönəcəyi barədə bəlkə də mininci suala cavab belə oldu: “Nə vaxt vətən torpaqları azadlığa qovuşar, onda da üzüağ evə qayıdacağam!”

Lakin 1993-cü ilin 8 avqustundakı qanlı savaş Füzulidə ağır yaralanaraq müalicədən sonra yenidən erməni quldurları ilə qarşı-qarşıya dayanan Sədaqətin son döyüşü oldu və vəsiyyətinə uyğun şəkildə Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Onun Vətəni azad görmək arzusu isə 27 ildən sonra reallaşdı, amma Sədaqətsiz...    

Gözün aydın, dağlar qızı, əziz bacım, ruhun şad olsun!

Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru









VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031