Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsi ilə bağlı maarifləndirici sessiya keçirildi
İyunun 21-də Azərbaycan Dəmiryol Muzeyində “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Şurası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təşkil etdiyi araşdırma müsabiqəsinə hazırlıq çərçivəsində planlaşdırılan maarifləndirici sessiya keçirildi. Maarifləndirici sessiyada sahəvi mentor və mütəxəssislər tərəfindən Azərbaycan nəqliyyat sektorunda ESG prinsipləri, Azərbaycan dəmir yollarının inkişaf trendləri, COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında təlim təşkil olundu.
Qeyd olundu ki, sessiyanın keçirilməsində məqsəd KİV nümayəndələrinin sözügedən mövzular üzrə bilik və bacarıqlarının artırılması, məzmunca daha keyfiyyətli materialların hazırlanmasına dəstək göstərməkdir. Tədbiri giriş sözü ilə açan AYD-ın məsul əməkdaşı Sənubər Nəzərova bildirdi ki, “bu sessiyanın keçirilməsində məqsəd jurnalistlərin “Yaşıl dünya naminə həmrəylik ili” mövzusundab biliklərini artırmaqdır.
Maarifləndirici sessiyada Nicat Məmmədli, Sustainera” (Dayanıqlı inkişaf) şirkətinin rəhbəri İlkin Hacı, ADY-nin Sərnişin Daşımaları Deportamentinin rəhbəri Azər Fərəcov və ADA Universitetinin kafedra müdiri və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Medianın Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva müxtəlif mövzular ətrafında çıxışlar etdilər, təlim prosesi, maarifləndirici sessiya sual cavab, diskusiya şəraitində davam etdi.
İradə SARIYEVA