İran Fələstinin gələcəyi ilə bağlı referendum keçirilməsini təklif edir
"Fələstin məsələsini həll etməyin yeganə yolu Fələstinin gələcəyi ilə bağlı referendum keçirməkdir". "İRNA" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib. Kani vurğulayıb ki, “Fələstin probleminin həlli yalnız fələstinlilərin öz əlində olmalıdır, onların kənar qəyyumlara ehtiyacı yoxdur. Qeyd edək ki, İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb.
Leyla SƏMƏNDƏR