Fələstin administrasiyası dağılacaq, başqa bir Qəzza yaranacaq - Norveçdən İsrailə fəlakət xəbərdarlığı...
Fələstin Administrasiyası ola bilsin yaxın aylarda dağılsın. Bunu Norveçin xarici işlər naziri Espen Bart Eide deyib.
Nazir maliyyə çatışmazlığını, zorakılığın davam etməsini və yarım milyon fələstinlinin İsraildə işləməsinə icazə verilməməsini buna səbəb kimi göstərib.
“Vəziyyət son dərəcə ağırdır. Sıx əməkdaşlıq etdiyimiz Fələstin administrasiyası ola bilsin bu yay dağıla biləcəyinə dair bizə xəbərdarlıq edir. Süquta uğrasa, ola bilsin başqa bir Qəzza yaransın, bu da hamı, o cümlədən İsrail əhalisi üçün dəhşətli olacaq” – deyə norveçli diplomat bildirib.
Qeyd edək ki, Norveç Fələstinlilərə Yardım üzrə Beynəlxalq Donorlar Qrupunun sədridir və Fələstin administrasiyasının tərəfdarıdır.
TAHİR