Fransa Ermənistana CAESAR özüyeriyən artilleriya sistemləri verir...
Fransa Ermənistanı silahlandırmaqda davam edir. Bu dəfə Fransa Ermənistana CAESAR özüyeriyən artilleriya sistemləri verəcək.
İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.
Ermənistan mətbuatının yazdığına görə, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkədə məlumat yayıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”.
Qeyd edək ki, CAESAR özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.
ZÜMRÜD