“İsrail Qəzzada baş verən humanitar faciəni dünyaya çatdırmağa çalışan jurnalistləri öldürür”- Ərdoğan
"İsrail xüsusilə Qəzzada baş verən humanitar faciəni dünyaya çatdırmağa çalışan jurnalistləri öldürür. İndiyədək 60-dan çox jurnalist qətlə yetirilib". Bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib. "Təəssüf ki, beynəlxalq təşkilatlar və qlobal sistem Qəzzada baş verən vəhşilik qarşısında çox pis sınaqdan keçir. Qlobal sülh və sabitliyin təmin edilməsindən məsul olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tamamilə fəaliyyətini dayandırıb”,-deyə o əlavə edib.
Leyla SƏMƏNDƏR