Ərdoğan Azərbaycan xalqını təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ərdoğan bununla bağlı “X” sosial şəbəkədəki hesabında paylaşım edib.
“Can Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibətilə ən səmimi hisslərimlə təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”, - o qeyd edib.