KÖHNƏ VERSİYA            

Ermənistan Rusiyanın qırmızı xətlərini keçdi - Kremlin səbri nə qədər imiş?!

Image

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq, amma bunun vaxtı hələ müəyyən edilməyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan  ölkə parlamentində danışıb: “Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”.

Paşinyanın bu açıqlaması ciddi ajiotaj doğurub. Elə bu səbəbdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələyə yenidən münasibət bildirməli olub. O qeyd edib ki, Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını bəyan etməyib. Mirzoyanın sözlərinə görə, N.Paşinyan deyib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özü qərar verəcək: “İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik". Qeyd edək ki, Nikol Paşinyan hələ 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Martda Paşinyan bəyan etmişdi ki, təşkilat İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Üstəlik, daha əvvəl erməni tərəfi KTMT tədbirlərində iştirakını dayandırıb. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, respublika “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və təşkilatın bu qərarda nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edib. Bununla yanaşı, Ermənistanda rus hərbçilərinin çıxarılması məsələsi də yenidən aktullaşıb. Rusiyalı hərbi ekspert İqor Korotçenko bütün bunların təsadüfi xarakter daşımadığını bildirir: “2024-cü ilin sonuna qədər - ən mənfi ssenari reallaşarsa - İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər, eyni zamanda Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir. Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər. Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” kimi məlum bəyanatlarına gəlincə, bu, sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir, İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir”. Ancaq Ermənistanın “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan qeyd edir ki, Qərbə, xüsusən də Fransaya güvənmək İrəvan üçün yaxşı heç nə vəd etmir: “Aİ-də atmosferi müəyyən edən ölkələrdə (Fransa, Almaniya) Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri göstərir ki, qlobal müharibə partiyasının nümayəndələri uduzur və milli mühafizəkar demokratik qüvvələrin dövrü gəlir”. Onun sözlərinə görə, Avropa seçkilərinin nəticələri həm də göstərir ki, antimilli, qlobalist, hedonist dəyərlər sistemi, Qərbin Rusiya və İrana qarşı başlatdığı müharibə, qanlı siyasət rədd edilir: “Çünki nəinki xırda pul funksiyasını yerinə yetirənlər əziyyət çəkir (Ukraynada yüz minlərlə qurban var), həm də Aİ-nin adi vətəndaşları, ənənəvi institutlar və real demokratik dəyərlərə zərbə vurulur. 

Fransada Le Penin rəhbərlik etdiyi partiyanın uğuru dünyanın milli və sağlam qüvvələrinə öz kimliklərini və müstəqil dövlətçiliyini qoruyaraq, okeanlararası mərkəzdən gələn zorakılığa qarşı mübarizə aparmalı və rədd etməli olduqlarına dair çox yaxşı siqnal oldu. Qeyd edək ki, Gürcüstan hakimiyyətinin davranışı Aİ və qlobal müharibə partiyasının sağlam qüvvələrini rədd edən Aİ vətəndaşlarının davranışı ilə uyğundur. ABŞ Gürcüstanı sikkəyə çevirməyə və Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır. Gürcüstan hakimiyyəti bu məcburiyyəti qəbul etmir və ölkənin suverenliyi üçün mübarizə aparır. Gürcüstan hakimiyyətindən fərqli olaraq, Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti Rusiya-Qərb münaqişəsində ölkəmizi qurbangahda yerləşdirərək, Ermənistanı ukraynalaşdırmaq yolu ilə gedir. Bu siyasət Ermənistan vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edilir. Ermənistanın daxili siyasi böhranı deyilənlərə əyani sübutdur”. “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan isə qeyd edir ki, Qərb Ermənistanı Ukraynada da Rusiyaya qarşı çevirməyə çalışır: “Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”. Marukyan Berlində başlayan Ukraynanın bərpası üzrə konfransda Ermənistanın xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunması barədə danışarkən deyib: “Son vaxtlar Ermənistanda Ukraynanı “uğur hekayəsi” kimi təqdim etməyə cəhdlər edildiyini görürük. Müxtəlif siyasi qüvvələr, ekspertlər buna çalışırlar. Bəs görəsən, Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Əgər hələ də Rusiyanın bu regionda strateji tərəfdaşıyıqsa bizim orada nə işimiz var?”. Marukyanın fikrincə, Ermənistan tərəfi belə addımlarla ölkə iqtisadiyyatına zərbə vura bilər: “Baş nazir Moskvaya gedib və xahiş edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam etsinlər. Biz isə Rusiyanın düşməni olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”. Ermənistanın “Qraparak” qəzeti isə bunlar fonunda yazır: “İrəvan Ukrayna məsələsində Rusiyanın qırmızı xətlərini keçir. Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın müşayiət etdiyi nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri, o cümlədən rəsmilərin bununla bağlı verdiyi bəyanatlar Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb.  Rusiyanın bununla bağlı Ermənistana nota verməsi Ermənistan-Rusiya gərginliyinin yeni mərhələsinin başlanmasından xəbər verirdi. Rusiyaya görə, artıq İrəvan Moskvanın səbrini sınamağa çalışdığını və meydan oxuduğunu gizlətmir. Rusiya tərəfinin Buça səfərinə sərt təpkisinə gəlincə, bu reaksiya təsadüfi deyil. Çünki Buça Ukraynanın Rusiya ordusunun soyqırımı törətdiyini iddia etdiyi şəhərdir. Buça 2022-ci ilin fevralında başlayan savaşın əvvəlində Rusiya qoşunları tərəfindən tutulsa da, Ukrayna sonradan geri alıb. Rusiyalı politoloq Stanislav Tarasov bildirir ki, Ermənistanın bu addımı Ukrayna istiqamətindəki bir sıra digər anti-Rusiya hərəkətləri ilə eyni silsilədə nəzərdən keçirilməlidir. Ekspert bəzi nümunələrə də diqqət çəkir. Məsələn, Nikol Paşinyanın Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmaması ilə bağlı bəyanatı, Anna Akopyanın Kiyevə səfəri, Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla Dublində görüşü, Qranadada Paşinyan və Zelenski arasında təmas... Tarasov Ermənistan tərəfinin Ukraynaya göndərdiyi humanitar yardımın bir neçə partiyasını da sadalayıb. Ekspert Paşinyanın ABŞ-ın “Wall Street Journal” nəşrinə müsahibəsini xatırladaraq qeyd edir ki, Ermənistan sistemli şəkildə anti-Rusiya siyasi xəttini mənimsəyib və şüurlu şəkildə bunu gücləndirir, bu da Moskvanın təmkinli mövqeyini dəyişdirir. Tarasov vurğulayır ki, Ermənistan Qarabağ məğlubiyyətindən sonra Ukrayna ssenarisi üzrə Avropa Birliyi və ABŞ-yə doğru irəliləyir, bu isə onun dövlətçiliyini itirmək təhlükəsi deməkdir: “Bu, Rusiyanı tərk edəcəyi təqdirdə mümkün olacaq”. Analitik açıq şəkildə söyləyir ki, İrəvanla Moskva arasında münasibətlər pisləşməkdə davam edərsə, Ermənistanın dövlət kimi mövcudluğu məsələsi şübhə altına düşə bilər: “İrəvan Rusiya faktorunu Aİ-ABŞ zəmanət faktoru ilə əvəz edə bilməyəcək. Çünki Qərb bir qayda olaraq, yalnız şifahi təminat verir”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031