KÖHNƏ VERSİYA            

Rusiya da, Qərb də atom silahları ilə təhlükəli oyun oynayır...

Image

Son aylarda Ukrayna münaqişəsi fonunda həm Rusiya, həm də Qərb tərəfindən nüvə ritorikasının get-gedə artması müşahidə edilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirir ki, nüvə şantajı hər iki tərəfdən gəlir: 

“Rusiya ilə münaqişə başlayacağı təqdirdə ilk olaraq Qərb ölkələri nüvə silahından istifadə edə bilər. Problem ondadır ki, ilk növbədə Qərb nüvə silahlarından istifadə etməyə çalışacaq. Onların Rusiya ilə adi döyüş üçün vasitələri yoxdur. Qərb döyüşlərdə 2 həftə tab gətirə bilməyəcək”. 

Hələlik isə Kiyevin bəzi başlıca Qərb müttəfiqlərinin siyasətləri dəyişəndən sonra Ukraynada nüvə eskalasiyası ilə bağlı xəbərdarlıqlar getdikcə artır və daha təhlükəli hal alır. Bəzi Avropa ölkələri, o cümlədən Britaniya, Fransa və Almaniya, eləcə də ABŞ siyasi xətlərini dəyişərək Ukraynanın onlardan aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmasına “yaşıl işıq” yandırıb. Almaniya və ABŞ öz icazələrini Ukraynanın Xarkov əyalətini qorumaq üçün endirəcəyi zərbələrlə məhdudlaşdırıb. Ancaq gələn bilgilərə görə, Co Bayden bu coğrafi məhdudiyyəti də aradan qaldıra bilər. Belə addımlar Rusiyanın Ukraynaya dağıdıcı zərbələrinə cavab olaraq atılır. Moskva bu zərbələrin çoxunu Ukraynanın əli çatmayan məntəqələrdən endirir. Qərbin siyasətindəki bu dəyişikliklər, üstəlik, Fransa prezidenti Emmanuel Makronun Ukrayna əsgərlərinə təlim vermək və hətta döyüşmək üçün qoşun göndərmək planları Rusiyanın buna cavab olaraq nüvə eskalasiyasına əl atacağı ilə bağlı narahatlığı artırıb. Vladimir Putin Ukraynaya hücuma başladığı gündən bəri bu ehtimala işarə edir. Digər Rusiya rəsmiləri də bu haqda danışıblar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmişdə prezident və baş nazir olmuş Dmitri Medvedev Rusiya rəsmiləri arasında nüvə hədələrinin tezliyi üzrə rekordsmen sayıla bilər. Qərbin məhşur “Defence Priorities” beyin mərkəzinin “Böyük strategiya” proqramının direktoru, Kolumbiya Universitetinin Saltsman adına Müharibə və Sülh Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Racan Menon “The Guardian” üçün yazdığı təhlil yazısında bu fonda mühüm məqamlara diqqət çəkir: “Lider və ekspertlərin üzləşdiyi problem ondan ibarətdir ki, eskalasiya risqlərini hesablamaq son dərəcə çətindir. Nüvə eskalasiyası sinoptiklərin yağış, ya da tornadolar barədə proqnozları kimi öncədən bilinməz. Anlaşıqlı dillə desək, dəyərləndirmələr aparmağın, yaxud onları əsaslandıra biləcəyimiz tutarlı dəlillər toplamağın güvənli proseduru yoxdur... Bu üzdən, Rusiyanın nüvə eskalasiyasını müəyyənləşdirməyə çalışan təhlilçi və şərhçilər özlərini Putinin yerinə qoyaraq dünyaya və Ukrayna savaşına daha balaca bucaqdan baxmağa çalışırlar. Onlar Putinin müharibəni belə gördüyünü təsəvvürlərinə gətirirlər, ancaq yenə də Putinin baxışlarını rekonstruksiya etmək cəhdlərinin onun gerçək qavrayışına uyğun gəlib-gəlmədiyinə əmin ola bilmirlər”. Onun sözlərinə görə, döyüş meydanındakı durum, bu durumda yaranan dəyişikliklər, o sıradan Ukraynanın Qərb müttəfiqlərinin siyasətindəki sürüşmələr mütləq nəzərə alınmalıdır: “Hətta bu problem hansı yollasa aradan qaldırılsaydı da, başqa bir problem də var. Putinin baxışları daşa həkk olunmayıb və savaşın gedişinin, qələbə qazanmağa gərəkli şeylərin yenidən dəyərləndirilməsi ilə tezcə dəyişə bilər. 

Kənar müşahidəçilərin eskalasiya ilə bağlı qənaətlərində tutarlı dəlil fundamenti çatışmır. Onlar, sadəcə, Putin və çevrəsindəkilərin məsələ barədə dediklərinə baxırlar. Bəli, Rusiyanın nüvə doktrinasının ən son variantını (2020-ci ildəki) təhlil etmək köməyə gələ bilər. Ancaq Rusiya liderlərinin ssenaridən kənara çıxmasının qarşısını heç nə almır. Bundan başqa, o sənəd Rusiya üzərinə nüvə hücumu və ya onun mövcudluğuna təhdid kimi şərtlər qoyur. Bunlar Ukrayna savaşı bağlamında uyğun gəlmir. Moskvanın iç çevrələrindən gələn açıqlamaların dəyərini ölçməyin də güvənli yolu yoxdur. Bu açıqlamalar Kremlin gerçək inanclarını göstərən güvənli qaynaqlar sayıla və deməli, Putinin əslində nə edə biləcəyini proqnozlaşdırmaq üçün faydalı ola bilərmi? Yoxsa onlar Qərbi qorxutmaq, onun Ukraynanın silahlardan istifadəsi ilə bağlı siyasətinə təsir göstərmək üçün nəzərdə tutulan informasiya savaşının bir hissəsidir? Putinin, onun xarici siyasət və milli güvənlik komandasının qapalı qapılar arxasında nələri dartışdığını bilmədiyimizdən onların ictimai bəyanatlarının ciddi qəbul ediləsi xəbərdarlıqlar, yaxud önəmsiz sayacağımız təhdid taktikaları olduğunu bilməyimiz də mümkün deyil. Nəticə? Bəzi ekspertlər Rusiyanın nüvə eskalasiyası hədələrinin artmasını qorxutma cəhdlərinə aid edir, bəziləri isə onlardan rahatsızlanır. Eskalasiya problemini düşünərkən, Putinin nüvə silahlarından necə və harada yararlanacağını təsəvvürə gətirməkdə yarar var. Əlbəttə, o bu silahları ABŞ və Avropanın üzərinə yağdırmayacaq. Bu, intihar demək olardı. Bəlkə, o, Ukraynaya hücum edəcək, ancaq bundan ötrü Rusiya qoşunlarının çox olmadığı yer tapmalıdır ki, onları da öldürməsin. O, cəbhə xətlərindən uzaqda olan qərbi Ukraynanı seçə bilər, ancaq oraya da göz qorxutmaq üçün nüvə zərbəsi endirmək çoxlu insanı öldürə, dünya ictimaiyyətini sarsıda və hətta NATO-nu cavab verməyə təhrik edə bilər. Bunlardan başqa, Putinin qlobal cənuba və ona rəğbət bəsləyən qərblilərə Ukrayna müharibəsi ilə bağlı mesajı Qərbi Rusiyanın güvənliyinə, özəlliklə Kiyevin NATO-ya üzv olmağa çalışması və Qərblə hərbi əlaqələrinin artması ilə bağlı Rusiyanın legitim narahatlığına biganə qüvvə kimi göstərir. Nüvə silahlarından istifadə dostlar qazanmaq və insanlara təsir etmək üçün pis üsul olardı. Bundan da önəmlisi, Pekinlə Moskva arasında “limitsiz dostluq” olsa da, prezident Si Cinpin Ukraynada nüvə silahlarından istifadəyə qarşı olduğunu aydın ifadə edib”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031