KÖHNƏ VERSİYA            

Kilsə Ermənistanda dini dövlət quruculuğuna başladı - Paşinyanın növbədənkənar seçki planı var...

Image

Son günlər Ermənistanda növbədənkənar parlament seçkiləri mövzusu xeyli aktuallaşıb. Bəzi erməni media vasitələri baş nazir Nikol Paşinyanın özünün bu il növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırdığını və bu barədə qərarın bir neçə gün əvvəl hakim “Vətəndaş müqaviləsi” partiyasının iclası zamanı verildiyini yazır. 

Həmin KİV hökumətdəki mənbələrinə istinadən qeyd edir ki, bununla Paşinyan müxalifət partiyalarının parlamentdəki yerlərinin sayını azaltmaq istəyir. Həm də əsas məqsəd odur ki, Paşinyan erkən seçkilərlə siyasi meydanı tam şəkildə ələ keçirəcək və seçkilərə qədər yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməyəcək.

Düzdür, parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Ermənistanın  seçki mexanizmi var və orada müddətlə bağlı məqamlar dəqiq göstərilib: “Dünya seçkiləri ona görə icad edib ki, insanlar küçələrə çıxmasın və kimsə soruşmasın ki, hakimiyyəti dəyişmək üçün nə qədər adam kifayətdir”. 2018-ci ildə niyə küçələrə çıxıb hakimiyyət dəyişikliyi həyata keçirdiklərini soruşduqda Rubinyan belə cavab verib: “2018-ci ildə demokratik, azad və şəffaf seçki mexanizmi yox idi. Ona görə də seçki nəticəsində hakimiyyət seçiləndə insanlar bunu legitim hesab etmirdilər. Buna görə də inqilab baş verdi. 2018-ci ildən bəri keçirilən heç bir seçkidə şəffaflıq və ədalətlilik baxımından mübarizə aparılmayıb”. Lakin növbədənkənar seçkilərlə bağlı mətbuatda dolaşan şayiələr erməni müxalifətini çaşdırıb və Paşinyanın rəqibləri dərhal absurd tələblər irəli sürməyə başlayıblar. Bu xüsusda “armenuanreport” poratlı yazır: “Müxaliflər deyirlər ki, Paşinyan baş nazir olmasa, biz bu seçkilərdə iştirak etməyə hazırıq. Bu barədə Köçəryanın “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə söhbətində bildirib. "Nikol Paşinyan istefa verdiyini və baş nazir səlahiyyətlərini icra etməyəcəyini bəyan etməlidir", - Minasyan bildirib. Razılaşın, bu kifayət qədər absurd tələbdir. Bu, şübhəsiz ki, bir tərəfdən müxalifətin yeni seçkilərdən qorxduğunu göstərir, digər tərəfdən də cəmiyyəti müxalifətin mandatlardan möhkəm yapışdığına inandırır. Və həqiqətən də belədir. Baxın, 2020-ci ildən bəri Köçəryan, Sarkisyan və indi də kilsənin Paşinyanı küçə etirazları ilə devirmək cəhdləri uğursuz nəticələnib. Parlament müxalifəti də hökumətə impiçment elan etmək cəhdlərində uğursuzluğa düçar oldu. Onların bütün hərəkətləri sıfır nəticə verdi. Bu başadüşüləndir - ölkədə indiki hakimiyyəti heç olmasa müxalifətlə dialoqa getməyə məcbur edəcək güclü ictimai təzyiq yoxdur. Robik, Serjik və kilsə bunu başa düşür. Onlar çox yaxşı xatırlayırlar ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə cəmi 36 mandat qazana bildilər və Paşinyanın partiyası 44 günlük müharibədə məğlubiyyətdən sonra belə, 54% səs və parlamentdə 72 yer qazandı. Müvafiq olaraq, Paşinyan parlamentdə istənilən qanunu qəbul edə bilər və heç bir şəkildə öz fəaliyyətinə məhdudiyyət qoymur. Müxalifət isə birlikdə hakimiyyətə təsir etmək üçün heç bir alətə malik deyil. Əgər gələn bazar günü növbədənkənar seçkilər keçirilsə, əminəm ki, “Hayastan” və “Şərəfim var” daha az səs alacaq. Niyə? Bəli, ona görə ki, son üç ildə onlar yalnız öz mandatları uğrunda ayağa qalxıb, ölkədə vəziyyətin yaxşılaşdırılması üçün yox, səriştəsiz siyasətçi statuslarını gücləndiriblər. Ona görə də onlar erkən seçkilərin mümkünlüyündən qorxurlar. 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərini gözləmək daha yaxşı olardı. Heç olmasa bu bir-iki ildə onlar mandatlardan həzz ala biləcəklər. Axı, sonradan bunu da itirə bilərlər”.

Bu vəziyyətdə kilsənin də etirazları nəticə vermir. Hətta Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyanın ətrafına nə qədər az adam toplaşarsa, keşiş bir o qədər aqressiv olur: “Baş nazirin əleyhdarları polisi küçə toqquşmasına sövq etməyə çalışsalar da buna nail ola bilməyiblər. İndi müxalifət parlamentin girişində çadır şəhərciyi quraraq parlament prosedurları ilə baş naziri devirməyə cəhd göstərməyə çalışır.

“Mən əminəm ki, biz uğur qazanacağıq, çünki hərəkat geri dönüşü olmayan nöqtəni keçib. Geri çəkilməyə yerimiz yoxdur, evə qayıda bilmərik, çünki getsək, hər şeyi itirəcəyik”, - Vətən naminə Tavuş” hərəkatının təşkilatçılarından biri Suren Petrosyan bildirib. Ancaq qanuni prosedurlarla da hər şey plana uyğun getmir. Qalstanyan bir ay ərzində tərəfdarlarına söz verdi ki, hökumət başçısının impiçmentinə nail olacaqlar. Bu prosesə başlamaq üçün 36 parlamentariin səsi, onun uğurla başa çatması üçün isə 54 səs lazımdır. İki müxalifət fraksiyasının – “Hayastan” və “Şərəfim var” – ümumilikdə 35 xalq nümayəndəsi var. Üstəlik, İrəvanda etirazların başladığı bir ay ərzində Paşinyanın əleyhdarları bir nəfər də olsun başqa deputatı öz tərəflərinə çəkə bilməyiblər. Bununla bağlı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, müxalifət baş nazirin impiçmentini deyil, onun istefasını tələb edəcək. Əsas fərq ondan ibarətdir ki, birinci prosedur hökumət başçısının işdən çıxarılmasına, ikincisi isə parlamentin bunu istədiyi mesajına gətirib çıxarır.  33 müxalifət parlamentarisi Paşinyanın istefası çağırışına səs vermək təklifini imzalayıb. Digər iki nəfər isə “texniki səbəblərə görə” bunu edə bilməyib. Eyni zamanda, hakim “Vətəndaş müqaviləsi” partiyası təşəbbüsü nəzərdən keçirməkdən imtina edib. Belə ki, iyunun 17-də axşam saatlarında parlamentin bu mövzuda növbədənkənar iclası keçiriləcək, lakin hökumətyönlü deputatlar olmadan Paşinyana edilən heç bir müraciət son nəticədə qəbul edilməyəcək. “Bunu etməyimizin ən azı bir səbəbini göstərin. Hər il “sifətlərini” dəyişirlər, eyni tələbləri irəli sürməkdə davam edirlər... Yəni hər dəfə 10-20 min adam toplayanda hökumət istefa verməlidir? İki müxalifət qruplaşması birlikdə 300 min vətəndaşın səsini alıb, onlar haradadır? Heç olmasa üçdə birini yığsınlar”, - parlamentin spikeri Alen Simonyan bildirib. Öz növbəsində, Qalstanyanın tərəfdarları hakim partiyanın deputatlarına ümumiyyətlə işləməyə icazə verməyəcəklərinə söz verirlər. “Qalstanyan artıq auditoriyasını genişləndirmək barədə düşünmür. Əvəzində azalmaqda olan tərəfdarlarını səfərbər etməyə çalışır. Əslində, həmişə onun yanında olacaq ən sadiq insanlar qalır. Bununla bağlı demaqogiyadan daha şiddətli taktikaya keçid var. Bu, belə hərəkatlar üçün kifayət qədər tipik hekayədir: nə qədər az adam olarsa, bir o qədər də zorakılığa meyllidirlər”, politoloq Mikael Zolyan deyir. Lakin ekspertin fikrincə, insanlar daha bir neçə həftə etiraz edə və ya payızda etirazları bərpa etmək üçün yayda fasilə verə bilərlər. Bundan əlavə, Zolyan istisna etməyib ki, Qalstanyan zorakı təzyiqə məruz qalmaq istəyir, bu, bir tərəfdən ona siyasi mübarizəni dayandırmaq, digər tərəfdən isə simasını xilas etmək imkanı verəcək. Eyni zamanda, müxalifətin parlamentin yox, hökumətin buraxılmasına can atması diqqət çəkir. Paşinyanın rəqibləri növbədənkənar seçkilərdə qətiyyən maraqlı deyillər, çünki onların nəticələrindən narahatdırlar. Xüsusilə Qalstanyan “Ruhani Ermənistan” qurmaq üçün müvəqqəti hökumətə rəhbərlik etmək və sonra Milli Məclisin yeni tərkibini seçmək istəyir. Bununla belə, politoloq Qrant Mikaelyan hesab edir ki, arxiyepiskopun yalnız mayın 9-na kimi real fəaliyyət planı var idi. Həmin gün etiraz hərəkatının zirvəsi idi. Növbəti addımlar təsadüfi olaraq atıldı. “Çox güman ki, parlament vasitəsilə Paşinyanın istefasına nail olmaq üçün uğursuz cəhddən sonra Qalstanyan yayın sonuna qədər fasilə verəcək. Payızda etirazlar yenidən başlaya bilər”, - deyə Mikaelyan bildirib”. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031