KÖHNƏ VERSİYA            

Erməni nazirin sözlərinə görə, sazişi elə "bu dəqiqə" imzalamaq olar, lakin...

Image

Abutalıb Səmədov: “İki ildir sülhün imzalanmasının qarşısını Ermənistan alır”

“Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün real imkanı var”.  Ermənistan KİV-in yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.

Azərbaycanla sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün tarixi məqamın olduğunu deyən Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanaraq sərhədlərin delimitasiyasına sadiq olduğunu əlavə edib. "Sülh sazişi layihəsini yekunlaşdırmaq üçün tarixi real məqamdır, bu sülh sazişinin imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər", - Ermənistan XİN rəhbəri deyib.

Mirzoyan konkret nəyi, hansı imkanları nəzərdə tutur?

“Ümid edək ki, bu təxribatçı prinsiplər təklif etməkdən və təxribatçı mövqe tutmaqdan Ermənistan nəhayət imtina etmək qərarına gəlib” 

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Məlumdur ki, sülh sazişi təqribən iki il bundan əvvəl də imzalana bilərdi, lakin bu imzalanmanın qarşısını Ermənistan aldı. O dövrdə Ermənistan tələb edirdi ki, sülh sazişi Minsk qrupu çərçivəsində imzalansın, eyni zamanda Qarabağın statusu qeyd olunsun. Hətta Rusiya belə bir layihə ilə də çıxış etdi və 2022-ci ilin sonlarında keçirilən Soçi sammitində Azərbaycan Prezidenti hər iki dövlət rəhbərinin kəskin şəkildə cavabını verdi, “Qarabağ məsələsi bitib və bu məsələ müzakirə oluna bilməz” dedi. Ondan sonrakı dövrlərdə Rusiya layihəni çəkdi, ancaq Ermənistan başqa bir bəhanə gətirdi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə təmin olunması məsələsini ortaya atdı, beynəlxalq qurumları, ilk növbədə Avropa İttifaqını bu prosesə qoşmağa  çalışdı, bu da sülh sazişinin imzlanmasına mane oldu və Alen Simonyan özü etiraf edirdi ki, əgər onlar Qarabağ məsələsini qaldırmasaydılar sülh sazişini artıq bir neçə dəfə imzalamaq mümkün olardı. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suverenliyini tam təmin etdi və ermənilər Azərbaycan ərazisini tərk etdilər”-deyə bildirdi. 

A.Səmədov qeyd etdi ki, onların artıq hüquq və təhlükəsizliyinin təminatı məsələsi də gündəlikdən çıxdı, ancaq Ermənistanın bəhanələri kəsilmədi. A.Səmədovun sözlərinə görə, bu dəfə 2023-cü ilin sonlarında keçirilən Qranada sammitində üç prinsip ortaya atdılar və bunun altından həm Avropa Birliyinin rəhbəri, həm Almaniya kansleri, həm Fransa prezidenti, həm də Nikol Paşinyan imza atdı. “Həmin prinsiplər. çox təəssüf ki, sülh sazişinin imzalanması yolunda əsas maneədir. Yeri gəlmişkən, bu yaxınlarda keçirilən Almatı görüşü ərəfəsində Ermənistanın xarici işlər naziri həmin prinsipləri bir daha təkrarladı. Çox təəssüf ki, bu da danışıqların gedişində öz təsirini göstərdi və arzu olunan nəticə əldə olunmadı. Ermənistan nəyi tələb edir və Azərbaycan nəyi qəbul etmək istəmir? 

Birincisi, ərazi bütövlüyü məsələsidir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır. Məsələn, Ermənistan bunu rəqəmlərlə göstərməyi tələb edir. Azərbaycanın mövqeyi  bundan ibarətdir ki, rəqəmlər delimitasiya və demarkasiya məsələsindən sonra müəyyənləşəcək, bəri başdan dəqiq rəqəm göstərmək yanlış olar. Ermənistan nədənsə bunu başa düşmək istəmir, istəyir mütləq ora yazılsın ki, Ermənistan ərazisi 29 min 743 kvadrat kilometrdir. İkinci   anlaşılmazlıq delimitasiyanın aparılacağı xəritələrlə bağlıdır. Ermənistan tələb edir ki, 1975-ci il xəritəsi əsasında aparılsın, Azərbaycan konkret bir xəritə əsasında delimitasiyanın aparılmağını qəbul etmir, hesab edir ki, digər xəritələr də bu prosesdə nəzərdən keçirilməlidir. Digər tərəfdən, Almatı bəyannaməsini Ermənistan ortaya atır. Almatı bəyannaməsində guya inzibati sərhədlər müəyyənləşdiyinə görə Almatı bəyannaməsi ərəfəsində qüvvədə olan xəritə, konkret 1975-ci il xəritəsi təklif olunub.  Azərbaycan Prezidenti buna da aydınlıq gətirdi ki, Ermənistan-Azərbaycan sərhədinin xeyli hissəsində, xüsusilə dağlıq ərazilərdə inzibati sərhədlər olmayıb. Ona görə Almatı bəyannaməsinə istinad edib konkret 1975-ci il `xəritəsini əsas götürmək mümkünsüzdür. Artıq məlumdur ki, bir sərhəddin təqribən 12, 10-da 5 kilometri delimitasiya və demarkasiya prosesindən keçib”. 

A.Səmədov vurğuladı ki, 1976-cı il xəritəsi əsas götürülüb, ancaq digər ərazilərdə bu cür hərəkət etmək, ola bilsin, mümkün olmasın. A.Səmədov qeyd etdi ki, burada da  Ermənistanla tam razılığa gəlmək alınmır.  “Ancaq ən böyük problem üçüncü prinsiplə bağlıdır. Ermənistan kommunikasiyaların dövlətlərin suverenliyi, yurisdiksiyası, qarılılıqlılıq və bərabərlik prinsipləri əsasında açılmasını təklif edir. Azərbaycan bunu qəbul etmir və etməsi mümkün də deyil.  İzah edirik: Naxşıvandan Azərbaycanın digər hissəsinə, əsas hissəsinə gələn kommunikasiyanın statusu Ermənistandan Çinə gedən kommunikasiyanın statusu ilə eyni ola bilməz. Azərbaycandan Azərbaycana gələn kommunikasiyalarda müəyyən güzəştli şərtlər nəzərdə tutulur. Biz Kalinqrad modelindən istifadə etməyi təklif edirik. Üstəlik, 10 noyabr bəyanatında açıq şəkildə yazılıb ki, Ermənistandan Azərbaycanın Qərb rayonlarına maneəsiz hərəkət təmin olunmalıdır və maneəsiz sözü güzəştli şərtlərin tətbiq edilməsini tələb edir. Ermənilər bunu qəbul etmək istəmirlər və deyirlər ki, kommunikasiyalar qarşılıqlılıq və  bərabərlik əsasında açılsın. Yenə də izah olunmasına baxmayaraq ki, burada çox fərqli kommunikasiyalardan söhbət gedir, Azərbaycandan Azərbaycana gələn kommunikasiya ilə Ermənistandan Rusiyaya, yaxud Çinə, ya Orta Asiyaya gedən kommunikasiyanın statusu eyni ola bilməz. Yəni bunu başa düşmək üçün elə böyük ağıla da ehtiyac yoxdur. İndi Mirzoyan sülh sazişini imzalamağın mümkünlüyündən danışır. Ümid edək ki, bu təxribatçı prinsiplər təklif etməkdən və təxribatçı mövqe tutmaqdan Ermənistan nəhayət imtina etmək qərarına gəlib. Çünki iki ildir ki, sülhün imzalanmasının qarşısını Ermənistan alır. Mirzoyan deyirsə ki, artıq sülh sazişini imzalamaq realdır, deməli Ermənistan süni maneələri aradan qaldırmaq qərarına gəlib. Nəzərə alsaq ki, bu günlərdə ABŞ dövlət katibinin müavini Ermənistanda olub, görünür, müəyyən qədər onlar da Ermənistana nəyisə başa salmağa çalışıblar. Ümid edək ki, bu görüş nəticəsiz qalmayıb, yaxın vaxtlarda sülh sazişini imzalamaq   mümkün olacaq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031