Qəzzada silahlar nəhayət susdu - 49 gündən sonra 4 günlük atəşkəs başladı...
İsrailin Qəzzada irəliləyişini dayandırmaq üçün danışıqlar həftələrlə davam etdi. Qətər, Misir və ABŞ da daxil olmaqla, dörd günlük müvəqqəti atəşkəs razılaşması yeddi həftəlik müharibədə ilk fasilə verdi. Hücumlar yerli vaxtla saat 08:00-da dayandırılıb.
Müvəqqəti atəşkəs müharibənin qırx doqquzuncu günündə qüvvəyə mindi və ilk girovların bu gün günün ikinci yarısında azad ediləcəyi gözlənilir.
İsrailin Qəzzanı bombalaması nəticəsində indiyədək 14 mindən çox fələstinli həyatını itirib, 6 min fələstinli isə itkin düşüb. 1,5 milyondan çox qəzzalı evlərini tərk etmək məcburiyyətində qalıb, Aralıq dənizi sahilləri boyunca bir çox məhəllə və şəhər İsrailin hava zərbələri nəticəsində dağıdılıb.
CNN İnternational İsrail rəsmilərinə istinadən xəbər verir ki, bu gün azadlığa buraxılacaq fələstinli məhbuslar iki həbsxanadan buraxılacaq. Xəbərə görə, Hayfa şəhərindəki Damon və Megiddo adlı həbsxanalarda 39 fələstinli qadın və uşaq məhbus saxlanılır. Məhbuslar Qırmızı Xaç tərəfindən son yoxlamalar üçün İordan çayının qərb sahilindəki Ofer həbsxanasına aparılacaq. Burada fələstinli qadın və uşaqların azad ediləcəyi gözlənilir.
TAHİR