KÖHNƏ VERSİYA            

Dünya yeni Karib böhranı ilə üz-üzə: "nüvə apokalipsisi" təhlükəsi artır...

Image

Kuba hakimiyyətinin “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gəlməsi ilə bağlı verdiyi bəyanat dünya miqyasında xüsusi diqqət cəlb edib. Düzdür, bəyanatda Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb. 

Kuba Xarici İşlər Nazirliyi bildirir ki, səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur. 

Gəmilər iyunun 12-dən 17-dək keçiriləcək təlimlərdə iştirak edəcəklər. Bu sıraya “Kazan” nüvə sualtı qayığı və “Admiral Qorşkov” raket freqatı ilə yanaşı, “Akademik Paşin” tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisi də daxildir. “Admiral Qorşkov” raket freqatı Şimal Gəmiqayırma Zavodunda inşa edilib. Friqatın ekipajı olan “Admiral Qorşkov”Atlantik okeanında dəniz artilleriya sistemləri ilə simulyasiya edilmiş hava hədəfini vurmaq üçün təlimdən sonra Kubaya yollanıb. “Kazan” nüvə sualtı qayığı Malakit konstruktor bürosu tərəfindən hazırlanıb. O, 2021-ci ildə Rusiya Hərbi Dəniz Qüvvələrinə daxil olub.

Bu sualtı qayıq Dünya Okeanının bütün ərazilərində missiyaları yerinə yetirməyə qadirdir. Sualtı qayıq “Kalibr” (1500 km-ə qədər) və “Oniks” (300 km-ə qədər) qanadlı raketlərinin atəşi üçün buraxılış qurğuları ilə təchiz olunub. Rus dənizçilərinin səfəri 1962-ci ildə yaşanmış Karib böhranı fonunda Qərbdə qorxuya səbəb olub. O zaman bəşəriyyət hər an başlana biləcək nüvə müharibəsində sözün əsl mənasında özünü məhv etmək ərəfəsində idi.

Hər şey 1961-ci ildə ABŞ-ın Türkiyədə, İzmir şəhəri yaxınlığında 2400 km mənzilli 15 “PGM-19 Yupiter“ raketlərini yerləşdirməyə başladığı zaman başladı. Həmin raketlər Moskvaya kimi uça bilərdi. Və bu cür hərəkətlər beynəlxalq hüquq tərəfindən qadağan edilməsə də, gərginliyin artması ABŞ tərəfindən başlamışdı. SSRİ bu raketlərin hücumuna qarşı müdafiəsizliyini anladı və güzgü addımı atdı - 1962-ci ilin oktyabrında Kubada nüvə raketləri yerləşdirdi. Bunlar 40 orta mənzilli ballistik raketlər idi. 4000 km-ə qədər uça bilən R-14 adlı bu raketlər Vaşinqtonu və ABŞ Hərbi Hava Qüvvələrinin strateji nüvə bombardmançı aviabazalarının təxminən yarısını hədəfə ala bilirdi. Yeri gəlmişkən, beynəlxalq hüquq da kubalılara sovet raketlərini yerləşdirməyi qadağan etmirdi. O vaxt raketlərin Kubaya çatdırılması da maraqlı formada baş vermişdi. Kubaya gedən bütün sovet hərbi qulluqçularına, texniki heyətə və “yükü” müşayiət edən digər şəxslərə Çukotkaya getdikləri bildirilmişdi. Niyyətlərin həqiqiliyini təqlid etmək üçün limanlara xəz paltarla və qoyun dərisi ilə dolu vaqonlar gətirildi. Səfərə çıxmazdan əvvəl heç bir kapitan anbarlarda nə olduğunu, eləcə də təyinat yeri haqqında heç nə bilmirdi. Hər bir kapitana möhürlənmiş bağlama verilirdi və bu bağlama dənizdə siyasi məmurun iştirakı ilə açılmalı idi. Zərflərdə Kubaya getmək və NATO gəmiləri ilə təmasdan qaçmaq üçün göstərişlər var idi.

Amerikalılar öz sərhədlərində sovet nüvə raketlərinin görünməsini  biləndə panikaya düşdülər. Minlərlə amerikalı maşınlarda Meksikaya qaçmağa başladı və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Kertis LeMey SSRİ-yə qarşı, nüvə zərbəsi də daxil olmaqla, hərbi əməliyyatların başlamasını tələb etdi.

Qorxuya düşən ABŞ rəhbərliyi, buna baxmayaraq, nüvə qırğını həyata keçirməmək qərarına gəldi və oktyabrın 20-də Kubaya qarşı blokada elan etdi. Halbuki, beynəlxalq hüquqa görə, blokada müharibə aktı idi və beləliklə, Birləşmiş Ştatlar müharibəyə başlayan tərəfə çevrilirdi.

O vaxt Moskva bəyan etdi ki, SSRİ lazım gələrsə, öz gəmilərini qorumaq üçün hər cür tədbir görəcək. Heç kim geri çəkilmək istəmirdi. Oktyabrın 27-də SSRİ-nin S-75 Dvina hava hücumundan müdafiə raketi Kuba səmasında yüksək hündürlükdə olan Amerika U-2 casus təyyarəsini vuranda gərginlik pik həddə çatdı. Onu idarə edən ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Rudolf Anderson həlak oldu. ABŞ-da bu günə “Qara şənbə” adı verildi. Ümumiyyətlə qəbul edilir ki, 27 oktyabr 1962-ci il “Qara şənbə” dünyanın qlobal nüvə müharibəsinə ən çox yaxınlaşdığı gündür. Ancaq hər şeyi Nikita Xruşşovun bir gün əvvəl göndərdiyi iki məktub xilas etdi, orada Sovet lideri Amerika raketlərinin Türkiyədən çıxarılması müqabilində öz raketlərini Kubadan geri çəkməyi, Kubanın blokadasını ləğv etməyi təklif etdi. ABŞ-ın Kubaya təcavüz etməyəcəyinə zəmanət istədi. Con Kennedi kompromislə razılaşdı. Bəşəriyyət nüvə apokalipsisindən belə xilas oldu. Bu qərarın Kennedinin həyatı bahasına başa gəldiyi deyilir. Xruşşov üçün bu da qələbəyə çevrilmədi. Amerikalılar Türkiyədən raketlərin çıxarılmasını Aralıq dənizinə “Polaris” raketləri ilə sualtı qayıqlar göndərməklə kompensasiya edə bildilər. İndi, 62 il sonra Vaşinqton Qərb yarımkürəsində Rusiya hərbi gəmilərinin yaxınlaşması ilə əlaqədar vəziyyəti diqqətlə izləyir. O dəhşətli vaxtları xatırlayan ABŞ Ukrayna böhranı ilə bağlı artan gərginlik fonunda bu səfəri güc nümayişi kimi qiymətləndirir. Rus gəmilərinin Kubaya səfəri Amerikanın orta mənzilli raketlərinin Avropa və Asiyada peyda olmasına cavab tədbirlərinin həyata keçirilməsi kimi qəbul edilir. Bundan başqa, rəsmi Kiyev artıq Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etmək icazəsindən yararlanıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan vurğulayıb ki, Vaşinqtonun bundan əvvəl rəsmi Kiyevə qoyduğu qadağa məntiqli deyil: “Ona görə də dövlət başçısı Ukraynanın xahişini təmin etmək qərarına gəldi”. Bu fonda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya rəhbərliyi silahlarını ABŞ-ı düşmən hesab edən bütün ölkələrə göndərəcək. Eyni zamanda, o, Rusiyadan silah alan konkret ölkələrin adlarının bilərəkdən çəkilmədiyini vurğulayıb: “Qoy ABŞ və müttəfiqləri üçüncü ölkələr tərəfindən Rusiya silahlarının birbaşa istifadəsini indi hiss etsinlər. Bu şəxslərin və ya regionların adları bilərəkdən çəkilmir”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Ukraynaya yardım edənləri vurmaq üçün silah tədarük edəcəyi ilə hədələmişdi. Bütün bunlar fonunda ekspertlər artıq yeni  Karib böhranının yaranmaqda olduğunu bildirir. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031