Rusiya Xarkov və Luqanskda daha iki yaşayış məntəqəsini ələ keçirdi...
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiya Müdafiə Nazirliyi Ukraynada sıx hava zərbələrinin endirildiyi Xarkov və Luqansk bölgələrində iki yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb.
Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyi bildirilən açıqlamada Qərb Hərbi Qrupunun bölmələrinin hücumu nəticəsində Luqanskda Artyomovka qəsəbəsi və Xarkov vilayətinin Timkovka qəsəbəsinin ələ keçirildiyi bildirilib.
Qeyd edək ki, bundan əvvvəl, Rusiyanın müdafiə naziri Andrey Belousov may ayında Ukraynada 28 yaşayış məntəqəsinin Rusiya hərbi qüvvələri tərəfindən ələ keçirildiyini bildirmişdi: "Bu il ümumilikdə 880 kvadrat kilometr ərazi Rusiya ordusunun nəzarətinə keçib".
TAHİR