Konqresdən Baydenə Qəzza xəbərdarlığı - ABŞ müharibəyə sürüklənir...
ABŞ Konqresinin 24 üzvü Baydeni "Qəzzada atəşkəs çağırışı" etməyə dəvət edib. Nümayəndələr Palatasının Demokrat üzvləri Baydenə göndərdikləri məktubda Qəzzada "çox ciddi insan haqları pozuntularının" olduğuna diqqət çəkib.
Məktubda, qarşıdurmalar dərhal dayandırılmayacağı halda daha çox mülki vətəndaşın həyatını itirəcəyi bildirilir və bu halda ABŞ-ın Yaxın Şərqdəki silahlı qruplarla qarşıdurmaya sürüklənəcəyi barədə xəbərdarlıq edilir.
Məktubda uşaq hüquqlarına diqqət yetirilir və silahlı münaqişənin bütün tərəflərinin uşaqları qorumaq öhdəliyi vurğulanır. ABŞ-ın Qəzzaya göndərdiyi humanitar yardımın sahəyə çox az təsir etdiyi qeyd edilən məktubda, "Münaqişələrin və bombardmanların bir an əvvəl dayandırılmasını və fələstinli mülki vətəndaşların ehtiyac duyduqları yardımı almasını tələb edirik" ifadəsi işlədilir.
TAHİR