Ukrayna ilk dəfə Həştərxanda Rusiyanın Su-57 qırıcısını vurdu...
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi davam edir. Hər iki lider geri addım atmaması hər iki tərəfdən də çoxlu insan həyatını itirməsinə, milyonlarla ukraynalının evlərindən didərgin düşməsinə səbəb olub. Avropadan böyük dəstək alan Ukrayna müqavimət və hücumlarını davam etdirir.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin açıqladığı son məlumata görə, dünən Rusiyanın Həştərxan vilayətindəki Ahtubinsk Hərbi Hava Bazasına hücumun təşkil edilib.
Hərbi bazanın təmas xəttindən 589 kilometr uzaqda olduğu bildirilən açıqlamada Rusiyanın bir Su-57 döyüş təyyarəsinin vurulduğu qeyd edilib. Açıqlamada, peyk fotoşəkillərinin təyyarənin vurulduğunu sübut etdiyi bildirilib.
Ukraynanın açıqlamasında Rusiya Hərbi Hava Qüvvələrinin inventarında yalnız bir neçə bu tip döyüş təyyarələrinin olduğuna diqqət çəkilir və Su-57 döyüş təyyarəsinin ilk dəfə vurulduğu bildirilib.
TAHİR