Putinin Türkiyə səfəri yenə təxirə salındı - Kremldən açıqlama...
Rusiya prezidenti Vladimir Putinin mart ayından bəri Türkiyəyə gözlənən rəsmi səfəri qeyri-müəyyən vaxta təxirə salınıb.
Kreml səfərin təxirə salınmasına səbəb kimi Türkiyə prezidenti Ərdoğan və Putinin iş qrafiklərində uyğun bir boşluğun olmamasını göstərib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, liderlərin gündəmləri uyğun gəlmədiyi üçün səfər təxirə salınıb. Təxirə salınmada ikitərəfli münasibətlərdə başqa məqsədlər və ya soyuqluq axtarmaq yersiz olardı. Türkiyə və Rusiya liderləri görüşməsə belə, müxtəlif səviyyələrdə rəsmilər arasında daimi təmaslar davam edir”.
TAHİR