KÖHNƏ VERSİYA            

Türk dövlətlərinin qeyri-rəsmi Şuşa zirvəsi 2 mühüm məsələyə həsr olunacaq...

Image

Akif Nəsirli: “Türk dövlətlərinin bir araya gəlib nəqliyyat və iqlim dəyişikliyi məsələlərini birgə müzakirə etməsi gerçək bir zərurətdən irəli gəlir” 

Türk Dövlətləri Təşkilatının güclənməsi, daha da inkişaf etməsi, türk xalqlarının hərtərəfli inteqrasiyası, dərin birliyi istiqamətində Azərbaycan üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bu yöndə fəaliyyətini daha sürətli şəkildə davam etdirir. 

Prezident İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən deyib ki,  Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. 

Prezident Əliyev eyni zamanda qeyd edib ki,  Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Yəni Zirvə görüşündə müzakirələr bu iki istiqamət, məsələ ətrafında aparılacaq. 

“İqlim dəyişikliyinin iki məsələdən biri kimi  Şuşa Zirvəsində müzakirəyə çıxarılması ondan qaynaqlanır ki, Azərbaycan COP29-da Türk Dövlətləri Təşkilatını favorit kimi görmək istəyir”

 Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a  şərhində bildirdi ki, türk dövlətlərinin qeyri-rəsmi Şuşa zirvəsinin bu iki mühüm məsələyə həsr olunması böyük əhəmiyyətə malikdir. “Hazırda Azərbaycanın və postsovet ölkələrinin müzakirə olunan ən mühüm məsələlərindən biri bu ölkələri bir-biri ilə  birləşdirən nəqliyyat dəhlizi məsələsidir. İqlim dəyişikliyi məsələsi isə bütün dünyanın problemidir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, keçiriləcək Şuşa Zirvəsinin bu iki mühüm məsələyə həsr olunması təqdirəlayiqdir. Yəni türk dövlətlərinin bir araya gəlib nəqliyyat və iqlim dəyişikliyi məsələlərini birgə müzakirə etməsi gerçək bir zərurətdən irəli gəlir. 

Xəzərin o tayında yerləşən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, hətta bəzi hallarda qeyri-türk  dövləti olan Tacikstan da   bu məsələlərə qoşulur, başqa tərəfdən də Türkiyə belə məsələlərdə maraqlıdır. Yəni türk dünyasının bütövləşməsi, onlar arasında ciddi nəqliyyat-kommunikasiya əlaqələrinın sıxlaşdırılması, türk zolağının digər nəqliyyat dəhlizləri ilə bütövləşdirilməsi türk dövlətlərinin əsas məqsədlərindən biridir. Məsələn, Türkiyədən düz Qırğızıstana, yaxud əksinə, Qırğızıstandan Türkiyəyə  qədər dəmir yolu xəttinin, Qars boru kəmərinin, üstəgəl neft boru xəttinin, digər “yaşıl enerji” zolaqlarının keçməsi xüsusi əhəmiyyətə malikdir”-deyən A.Nəsirli bildirdi  ki, müxtəlif dövlətlər, o cümlədən də Avropa və ABŞ Türk Dövlətləri Təşkilatının ümumi bir nəqliyyat dəhlizinin olmasını istəmir.   

Müsahibimiz hesab edir ki, bu eyni zamanda Şərqlə Qərbin bir-birinə inteqrasiyasına bir töhfə verir, üstəlik də, türk dövlətlərinin, türk xalqlarının böyük istəkləri olan birliklərini yaradır. A.Nəsirliyə görə, məhz Avropa və Amerikanın “Zəngəzur dəhlizi”nin açılmasını əngəlləməsi də türk birliyinin daha sıx şəkildə birləşməsi qorxusundan qaynaqlanır, onlar bu birlikdən qorxurlar. A.Nəsirlinin fikrincə, konkret olaraq ABŞ və Avropa   həm Türkiyə ilə türk dövlətlərinin bu cür yaxın münasibətlərinin formalaşmasından, həm də Türk Dövlətləri Təşkilatının böyük bir gücə çevrilməsindən ehtiyat edirlər. Onun sözlərinə görə, üstəlik, bura bir məsələ də qoşulur ki, Çinin Avropaya daha bir alternativ çıxışı yaranır, Çin “Zəngəzur dəhlizi” vasitəsilə Avropaya daha bir çıxış əldə edir, Çinin iqtisadi inkişafını, elmi nailiyyətlərini öz iqtisadiyyatlarına tətbiq etməsini Avropa da, ABŞ da  həzm edə bilmir. 

“Burada ikinci bir məsələ də var. Azərbaycanda keçiriləcək möhtəşəm COP29 tədbirində Azərbaycan  türk dövlətlərini favorit olaraq  görmək istəyir. Bu səbəbdən də qeyri-rəsmi Şuşa Zirvəsində iqlim dəyişikliyi ətrafında geniş müzakirələr aparılacaq. Əlbəttə, Türk Dövlətləri Təşkilatı iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə vermək əzmindədir. COP29-un əsas mövzusu olan iqlim dəyişikliyinin iki məsələdən biri kimi  Şuşa Zirvəsində müzakirəyə çıxarılması ondan qaynaqlanır ki, Azərbaycan COP29-da Türk Dövlətləri Təşkilatını favorit kimi görmək istəyir”-deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031