Zaxarova ilə Simonyan yenə "söz duelinə" çıxdılar..."O yalançıdır"
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, mən yalanları şərh etmirəm, o ( Zaxarova) sadəcə yalançıdır. Zaxarova ilə Simonyanın arasında söz atışmaları tez- tez olur. Bu dəfə də səbəbsiz baş verməyib. Əvvəlcə Mariya Zaxarova Ermənistan deputatlarına müraciət edib ki , Kiyevdən aldığınız və Buçada həlak olmuş insanların siyahısını Moskvaya verin. Təbii ki, burada eyham var və Zaxarova Ukraynanın Buça şəhərində genosid mübahisələri ilə bağlı Ermənistanın mövqeyinə eyham vurur .
Simonyan isə belə cavab verib: "'Qoy Zaxarova mənim köməkçimə yaxın- larda Qarabağda həlak olmuş 200 erməni əsgərinin siyahısını versin. Ancaq sizə maraqlıdırsa, sizin sülh missiyası apardığınız Qarabağdan çıxarılmış 100 min erməninin adını verə bilərəm. Zaxarova yalançıdır". Simonyan belə deyib.
Nahid Salayev