KÖHNƏ VERSİYA            

Avropa Parlamentində inqilab - Azərbaycana düşmən deputatların çoxu zibilliyə atılacaq...

Image

Məlum həqiqətdir ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına səbəb oldu. Onların sırasında Avropa Parlamenti də var.

O da faktdır ki, Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Lakin Avropa Parlamentinə xələl gətirən belə deputatların tezliklə öz postları ilə xüdahafizləşəcəyi gözlənilir. Xatırladaq ki, iyunun 6-dan etibarən Avropa İttifaqında üç gün ərzində Avropa Parlamentinə seçkilər keçirilir. Məlumat üçün bildirək ki, Avropa İttifaqının qanunverici orqanının 720 deputatı quruma üzv olan 27 ölkənin vətəndaşları, təxminən 370 milyon nəfər tərəfindən seçilir. Son sorğular göstərir ki, 71 faiz səsvermədə iştirak etmək niyyətindədir ki, bu da indiyədək qeydə alınan ən yüksək göstərici hesab olunacaq. Əvvəlki 2019-cu il seçkilərində ümumavropanın iştirakı 50,7 faiz idi. Bu seçkilər ümumavropa hesab edilsə də, reallıqda milli siyasi partiyalar seçki kampaniyasında bir-biri ilə mübarizə aparır. Milli siyahı üzrə seçildikdən sonra namizədlər artıq Avropadaxili siyasi ailələrin və ya qrupların bir hissəsi olurlar. Vəzifəsi bitən parlamentdə yeddi belə qrup var, lakin bu sayın artacağı da istisna edilmir. Onların əhəmiyyətini qiymətləndirməmək çətindir, bu qruplar öz üzvlərinin qayğısına qalan və hər fürsətdə onları qabağa çəkən ailələr kimidir. Ailə nə qədər böyükdürsə, onun üzvlərinin komitələrdə rəhbər vəzifələr tutmaq və öz təklifləri üçün daha çox dəstək almaq imkanı bir o qədər geniş olur. Avropa Parlamentində heç bir qrupa daxil olmayan deputatların proseslərə təsirinin sıfıra bərabər olduğu bildirlir. Həmin qruplar arasında ən böyüyü Almaniya Sosial Demokratları və Polşa Vətəndaş Platformasının daxil olduğu sağ mərkəzçi Avropa Xalq Partiyasıdır. İkinci böyük fraksiya sol mərkəzçi və sosial-demokrat partiyaları birləşdirən Sosialistlərin və Demokratların Mütərəqqi Alyansıdır. Digəri Fransa prezidenti Emmanuel Makronun təsirində olan liberal partiyaların daxil olduğu “Avropanı Yeniləyin”dir. Ekoloqları Avropa Azad Yaşıllar Alyansı birləşdirir, katalon separatçıları da bu çətir altındadır. Avropa Solunu və Şimali Yaşılları birləşdirən qrupa ifrat solçu və kommunist partiyaları daxildir. Sonuncunun ideoloji rəqibləri isə başqa bir dam altında toplaşıblar: bəzilərinin millətçi, digərlərinin isə suveren hesab etdiyi Avropa Mühafizəkarları və İslahatçıları.  Çexiyanın baş naziri Petr Fialanın rəhbərlik etdiyi partiya, Polşanın keçmiş hakim qüvvəsi “Hüquq və Ədalət”, İsveç Demokratları, Finlər Partiyası, İtaliyanın baş naziri Giorgia Meloni başçılıq etdiyi partiyadadır. Avropanın ən tanınmış populistlərindən biri Marine Le Penin rəhbərlik etdiyi daha sərt və ya daha çox sağçı baxışlara malik deputatlar “Kimlik və Avropa” fraksiyasında bir araya gəliblər. Avropa Parlamentində də heç bir qrupun üzvü olmayan, Macarıstan və Slovakiya baş nazirlərinin partiyalarının üzvü olan deputatlar da var.

Son sorğular Emmanuel Makrona yaxın olanların ciddi reytinq itkisinə məruz qaldığını göstərir. 

“ABC” qəzeti yazır ki, fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri “pis” və ya “çox pis”dir, bu da onu bütün əsas sosial sektorlardan - qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırır, onun liberal peşələr, kiçik və orta biznes, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldır. Ümumiyytlə, bu seçkilər Avropa ölkələrindəki daxili vəziyyətlə sıx bağlıdır. Fransadakı “sarı jiletlilər” hərəkatına İtaliyadakı bəzi radikal partiyaların dəstək verməsindən sonra bunu bir daha müşahidə etmiş olduq. İtaliya höküməti Makronun başçılıq etdiyi Fransa hökümətini yox, radikal və dağıdıcı, eyni zamanda müxalif hərəkat sayılan “sarı jiletli”ləri dəstəklədi. Le Pen isə Makronun partiyasının uduzacağı təqdirdə onun istefasını tələb edəcəklərini vurğulayıb, eyni zamanda seçkilərdən sonra Avropa ölkələrindəki digər radikal partiyalarla, o cümlədən Bundestaqa seçkilərdə 13 faiz səs toplamış Almaniya naminə alternativlər” və “Avropa mühafizəkarlar və islahatçılar” partiyası ilə koalisiyaya girəcəkləri barədə planlarını açıqlayıb. Fransa İctimai Rəy İnstitutu isə qedy edi rki Fransa seçiciləri Avropa Parlamentinə keçirilən seçkilərdən Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edirlər. Onlar Avroparlamentdəki səslərini Makronun siyasətinə qarşı olduqlarını ifadə etmək üçün verdiklərini bəyan edirlər. Marin Le Penin partiyasının güclənməsi fonunda ifrat solun radikallaşması daha qabarıq görünür. İndi Milli Cəbhə getdikcə hörmətli partiyaya çevrilir, onun qalmaqallı keçmişi unudulur. Əgər Fransada  prezident seçkiləri bu il keçirilsəydi, Marin Le Pen mütləq prezident sarayında yer alacaqdı. Bütün bunlar, şübhəsiz ki, Avropanın siyasətinə deyilsə, Fransadakı siyasi vəziyyətə də təsir edəcək. Eyni zamanda baş verənlər Makronun yol verdiyi yanlışların ona baha başa gəldiyini nümayiş etdirir. Elə bu fonda Avropa parlamentinin sağ mərkəzdən sağa əyilməsi ehtimalı var, çünki sağçı partiyaların parlamentdəki 720 yerdən 400-dən çoxunu qazanacağı proqnozlaşdırılır. Eyni zamanda, illərdir birləşməsindən danışılan avroskeptiklərin hakimiyyətə gələcəyini açıq şəkildə iddia etmək çətindir. Əvvəla ona görə ki, onlar bir məsələdə həmfikirdirlər: Brüsselin gücü azaldılmalıdır, lakin bu çərçivədən kənar bir çox digər prinsipial məsələlərdə populistlərin mövqeləri çox fərqlidir. Rusiya və Çinlə münasibətlər çox vaxt kəskin fikir ayrılıqlarına səbəb olur, bir tərəfdən aqressivlik nümayiş olunur, digər tərəfdən Moskva və Pekinlə sıx əlaqələri var. Onu da qeyd edək ki, Avropa Parlamenti milli parlamentlərə bənzəmir, çünki bu qurumun deputatları özləri qanun təşəbbüsü ilə çıxış etmirlər. Bu funksiya yalnız Avropa Komissiyasına aiddir və Avropa Parlamenti yalnız qanunvericilik təklifini müzakirə, dəyişikliklər təklif edə və tez-tez olduğu kimi, bu və ya digər qanunun qəbulunu aylarla, hətta illərlə gecikdirə bilər. Ümumiyyətlə, Avropa Parlamenti Avropa İttifaqının üç əsas qurumundan ən zəifi hesab olunur, nadir hallarda öz istəklərinə nail ola bilir. Avropa Parlamenti Avropa İttifaqının xarici siyasətini inkişaf etdirmir və ya diqtə etmir. Xarici işlər, qurumun genişləndirilməsi siyasəti müstəsna olaraq struktura daxil olan 27 ölkənin hakimiyyətinin səlahiyyətindədir. Avropa İttifaqının qanunverici orqanının Brüsselin ən sərt aləti sayılan sanksiya siyasətinə heç bir təsiri yoxdur. Avropa Parlamenti yalnız yeni ölkənin Avropa İttifaqına daxil olmasını təsdiq edə bilər, lakin onun namizəd statusunun verilməsi, danışıqlara başlamaq qərarı kimi Avropa İttifaqına aparan bütün digər həlledici proseslərə təsir edəcək alətləri yoxdur. Eyni şey 27 Aİ üzv dövləti tərəfindən yekdilliklə qərar verilməli olan ticarət əməliyyatları, viza liberallaşdırılması və ya sadələşdirməyə də aiddir. Yalnız Avropa Parlamenti həmin dövlətlərdən yaşıl işıq aldıqdan sonra təklifi təsdiqləyir. Əslində, Avropa Parlamenti dünyada baş verən hadisələrlə bağlı çox səs-küylü qətnamələr qəbul edib. Lakin şifahi və ya hətta kağız üzərində yazılmış bu bəyanatların məcburi qüvvəsi yoxdur və buna görə də Avropa qanunvericiləri öz çıxışlarında sərbəstdirlər.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031