Lukaşenko KTMT- də təxribatçının (?) olduğunu söylədi....
Belarus prezidenti Aleksandr Lukaşenko Koll ektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bəzi tərəfdaşların hərəkətlərinin təxribat xarakterli olduğunu bildirib. Bu barədə BELTA xəbər verir. “Mən bir şeyi deyəcəyəm: əgər şikayətlər varsa, o zaman biz onları bir-birimizin gözünün içinə baxaraq səsləndirməliyik, mediada yazılanlarla danışmamalıyıq”,- deyə o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib . Lukaşenko vurğulayıb ki, sammit görüşləri məhz bütün aktual məsələləri müzakirə etmək və onların həlli yollarını tapmaq üçün keçirilir.
Leyla SƏMƏNDƏR