Pirallahıda 3 yaşlı uşağı avtomobil vurub
Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 2021-ci il təvəllüdlü Ə.M özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.
Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb