KÖHNƏ VERSİYA            

Avropa İttifaqının casus şəbəkəsi Qafqazda sülhə qarşı işləyir...

Image

Ermənistanın Qərbin Qafqazda planlarının həyata keçirilməsi üçün artıq alətə çevrilməsi heç kimə sirr deyil. Əvvəl­lər Rusiyanın forpostu olan Ermənistan hazırda, faktiki olaraq, Qərb üçün eyni funksiyanı yerinə yetirir. 2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Emə­nistanda fəaliyyətə başlayan, hazırda sayı 209 nəfər olan Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası da bu məqsədlə istifadə olunur.

Qərbin ermənipərəst dairələrinin “binokl dip­lomatiyası”nı reallaşdıran, onların agentinə çevrilən Aİ missionerlərinin fəaliyyəti region ölkələrində, o cümlədən Azərbaycanda haqlı narazılıqla qarşılanır. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin isə qeyd edir ki, Avropa İttifaqının monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır: “Ermənistan 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, bu gün üzləşdiyi risqlərin bir çoxu azala bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu”. Bu fonda rusiyalı hərbi ekspert İqor Korotçenko da qeyd edir ki, Ermənistan ərazisində Avropa İttifaqının  qondarma müşahidə missiyası fəaliyyət göstərir, onun onurğasını diplomatik pərdə altında Qərb kəşfiyyatçıları təşkil edir, sonra isə ora nizami hərbi personal da gətirildi. O bildirib ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Aİ-nin Ermənistandakı missiyasının NATO missiyasına çevrildiyini birbaşa bəyan etməsinə əsas verdi: “Lavrov qeyd etdi ki, indi Norveç, Kanada və ABŞ-dan hərbi personal da ora göndərilir və Aİ missiyası NATO missiyasına çevrilir. Aİ-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onun sayını artırmaq, həm də Ermənistan ərazisində getdikcə daha çox yeni rezident missiyalar açmaq və təsir agentləri cəlb etməklə genişləndirilir”. Korotçenkonun sözlərinə görə, KTMT ilə tərəfdaşlığın dayandırılması fonunda İrəvan Rusiyaya düşmən olan dövlətlərlə qarşılıqlı əlaqəni xeyli artırıb: “Bu baxımdan Ermənistanın müdafiə naziri Suren Papikyanın son xarici səfərlərinin coğrafiyası açıq göstəricidir. Məsələn, o, KTMT Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasını nümayişkaranə şəkildə iqnor etdi, əvəzində məhz həmin vaxt Belçikaya səfərə getdi və burada Aİ və tərəfdaş ölkələrin müdafiə nazirləri ilə Avropa təhlükəsizliyi məsələlərini müzakirə etdi. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Suren Papikyan və Avropa Birliyi Hərbi Komitəsinin sədri general Robert Briger müdafiə sahəsində Ermənistan-Aİ əməkdaşlığının konkret sahələrini müzakirə ediblər. Papikyan Ermənistan silahlı qüvvələrində aparılan islahatların gedişatını da Qərb tərəfdaşlarına təqdim edib”.

Elə Mixail Qaluzin də təsdiq edir ki, İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir. Onu sözlərinə görə, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir: “2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb”.   Qaluzin vurğulayıb ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib. Rəsmi Moskva Ermənistanın belə mövqeyini qəbuledilməz sayır. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova daha əvvəl bu xüsusda bildirib ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir: “Bu cəhdlərdə biz Qafqazda münasibətlərin real tənzimlənməsi maraqlarından uzaq, müstəsna geosiyasi kontekst görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”. Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil: “Brüssel bu sahədə uğurları ilə özünü tərifləyə bilməz. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovo əyalətindəki missiyasını götürək. Aİ-nin Ermənistandakı yeni missiya ilə bağlı qərarını dəyərləndirərkən bunu nəzərə almaq lazımdır”. Faktdır ki, Avropa İttifaqının missiyası adı altında Ermənistanda Qərbin casus şəbəkəsi yerləşib. Bu şəbəkə regionda sülhə əngəl olur. Bu gün Azərbaycan regionda sabitlik istəyir və beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında praktiki sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan olub, hazırda müzakirə olunan prinsiplərin müəllifi də Azərbaycandır. Amma Ermənistan vasitəsilə müəyyən Qərb qüvvələri prosesə mane olmağa çalışırlar. Bu səbəbdən də iki ölkə arasındakı şərti sərhədə hansısa xarici qüvvələrin yerləşdirilməsinə rəsmi Bakı razı deyil. Amma Ermənistan hələ ki, bu xüsusda yanlış siyasətə davam edir. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031