KÖHNƏ VERSİYA            

Avropada Makrona artıq təhlükə mənbəyi kimi baxılır...

Image

Yürütdüyü daxili və xarici siyasətdə yol verdiyi çoxsaylı qüsurlar Fransa prezidenti Emmanuel Makronun Avropada da istehza və tənqid hədəfinə çevilməsinə gətirib çıxarıb. Bu fonda İtaliya baş nazirinin müavini Matteo Salvini Emmanuel Makronu Avropanı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib. 

Salvini bildirib ki, ölkəsi heç bir şəkildə hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil. O, Fransa liderini Ukrayna hökumətinə qarşı loyal siyasət aparmaqda günahlandırıb.

Salvini, eyni zamanda, “X” sosial şəbəkəsindəki hesabında Makronun xüsusi proqram vasitəsilə hazırlanmış fotoşəklini paylaşıb. Bundan əvvəl Fransa mediası diplomatik dairələrdəki mənbələrə istinadən xəbər vermişdi ki, Fransa Ukraynaya hərbi təlimatçılar göndərməyə hazırlaşır. Qeyd olunur ki, ilkin mərhələdə məhdud sayda təlimatçıdan danışmaq olar, sonra isə onların sayı bir neçə yüzə çatdırılacaq. Bu missiya, mənbələrə görə, Avropa İttifaqı və ya NATO-nun himayəsi altında fəaliyyət göstərməyəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı danışarkən bildirib ki, fransalı təlimatçılar Ukraynada Rusiya ordusunun qanuni hədəfidir: 

"Fransalı təlimatçıların artıq Ukraynada işlədiklərini və qanuni hədəf olduğunu düşünməyə əsas var". Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bu fonda yazır ki, yalnız Fransa prezidenti öz həmvətənlərinin Ukraynaya göndərilməsinə icazə verib: “Bu barədə ilk məlumat verən “Reuters” anonim mənbələrə istinadən xəbər verir ki, Ukraynaya ilk növbədə faktaraşdırıcı missiya gələcək. Bunun ardınca bir neçə yüz fransız təlimatçı göndəriləcək. Onlar minalardan təmizləmə və aviasiya ilə məşğul olacaqlar. Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sirski videobağlantı vasitəsilə Ukraynanın müdafiə naziri Rustem Umerovla Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu ilə danışıqlar apardıqlarını bildirib. Sonuncu fransız təlimatçılarının doğrudan da gələcəyini açıq mətnlə bildirib. Sirski bu qərarı alqışlayıb. “Mən artıq ilk fransalı təlimatçıların təlim mərkəzlərimizə baş çəkməsinə, onların infrastrukturu və kadrları ilə tanış olmasına imkan verəcək sənədləri imzalamışam”, - o bildirib. Əgər Makron Ukrayna-Rusiya münaqişəsində qırmızı xətti keçmək qərarına gəlibsə, Fransa prezidentinin bunu elan etmək üçün Normadiyanı seçməsi təsadüfi deyil. İkinci Dünya müharibəsi ilə bağlı yaddaqalan hadisələr arasında Normandiyadakı mərasim Qərbi avropalılar üçün uzun müddətdir ki, mayın 8-də nasist Almaniyasının təslim olmasına həsr olunmuş hadisələrdən daha mühüm əhəmiyyət kəsb edir. Burada, 6 iyun 1944-cü ildə anti-Hitler koalisiyasının ölkələrindən 150 mindən çox əsgər yeni cəbhəyə çıxıb. Dünya tarixindəki bu ən böyük eniş əməliyyatı uğurla nəticələndi və nəticədə Fransanın daxili ərazilərinə genişmiqyaslı hücum edildi. Əvvəllər Rusiya da Normandiyada keçirilən mərasimin daimi iştirakçısı olub. Oraya toplaşan dünya liderləri nəinki anım tədbirlərində iştirak edir, həm də danışıqlar aparırdılar. Xatırladaq ki, məhz 2014-cü il iyunun 6-da Fransa, Almaniya, Rusiya Federasiyası və Ukrayna başçılarının görüşündən sonra “Normand formatı” adlanan bir format yaranmışdı və bu formatda danışıqların davam edəcəyi güman edilirdi. Təəssüf ki, bu baş vermədi.

Bildiyimizə görə, indiki mərasimə Rusiya Federasiyasının nümayəndələri dəvət olunmayıb. Lakin Ukrayna prezidenti Vladimir Zelenski dəvət alıb. Onun Normandiyadakı həmsöhbətləri arasında ABŞ prezidenti Cozef Bayden də olacaq. “Washington Post” qəzeti Qərb qoşunlarının Ukraynaya göndərilməsi təklifi ətrafında yaranan bütün səs-küyü Rusiya Federasiyası ilə əsəb müharibəsinin bir hissəsi kimi qiymətləndirir. Bir çox digər KİV-də Fransanın Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakı ilə bağlı eyhamları oxşar məcrada şərh olunur. O da vacibdir ki, azsaylı da olsa, əcnəbilər artıq Ukraynada döyüşürlər, ancaq fərdi şəxslər kimi. Qərb ölkələrinin bəzi hökumətləri bunu dəstəkləmir, digərləri (məsələn, Estoniya) əksinə, öz həmvətənlərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsi ilə lovğalanır. Makronun təlimatçılar göndərmək qərarı o demək olacaq ki, Ukrayna tərəfində əcnəbilərin silahlı münaqişədə birbaşa iştirakı rəsmi şəkildə tanınır, özü də bütün bundan irəli gələn nəticələrlə. Bu da dünynı nüvə fəlakətinə sürükləyir”. O da bəllidir ki, Makronun bölgəyə hərbi kontingent göndərmək planı fransızlar arasında ciddi narazılıq doğurub. Hətta bu addımın üçüncü dünya müharibəsinə səbəb olacağı irəli sürülür. Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo qeyd edir ki, fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb. Bunlar fonunda o da diqqət cəlb edir ki, Makronun  xaotik və qeyri-ardıcıl siyasəti nəticəsində Fransa ənənəvi təsir zonasında - Afrikada strateji məğlubiyyətə uğradı. Mali, Burkino-Faso, Niger kimi keçmiş Fransa koloniyalarında anti-Fransa qüvvələri hakimiyyətə gəldi, Parisin bölgədə hərbi və iqtisadi varlığı sonlandırıldı. Yaxın Şərqdə, xüsusən Livanda Fransa artıq uzun müddətdir, önəmli oyunçu deyil. Fransa kəşfiyyatının istər Azərbaycanda, istərsə də digər ölkələrdə fəaliyyətinin ifşa olunması isə Makronun ölkəsini hansı duruma gətirdiyinin daha bir göstəricisidir. Cənubi Qafqaza gəldikdə, uğursuz militarizasiya və Ermənistana təktərəfli dəstək siyasəti yürüdən Makron burda da uğur əldə edə bilmədi. Digər tərəfdən, Makronun Ukraynada Rusiya əleyhinə koalisiyaya başçılıq etmək, hətta bölgəyə NATO qüvvələrini göndərmək təklifi üzv dövlətlər tərəfindən qətiyyətlə rədd edilir. Makron hökumətinin bacarıqsız və uğursuz addımları artıq xarici siyasət sferasından çıxaraq, Fransa daxilində də ciddi narazılıqlara səbəb olub.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031