Nazir Vilayət Eyvazov Oğuzda vətəndaş qəbulu keçirəcək...
İyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyunun 24-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
ZÜMRÜD