KÖHNƏ VERSİYA            

Təhsil İnstitutundan Azərbaycan dili dərslikləri yazanlara sərt sözlər - vətənə xəyanətdir...

Image

Könül Nəhmətova: “Hətta eyni müəlliflər bir mövzunu fərqli-fərqli siniflər üzrə də müxtəlif cür yazıblar”

“Sübutlarım var ki, Azərbaycan dili dərsliklərini yazan  beyinsizləri himayə etmək vətənə xəyanətdir. Bununla mübarizədə sona qədər varam, ölməyə də hazıram. Azərbaycan dili dərsliklərinin müəllif heyəti tamamilə yenilənməyənə qədər susmayacam. Mən hər səviyyədə çox dedim, siz az eşitdiniz". 

Bunu Təhsil İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Könül Nəhmətova öz Feysbuk hesabında Azərbaycan dili dərslikləri ilə bağlı statusunda qeyd edib. 

Son illər dərsliklərimizlə, o cümlədən də, Azərbaycan dili dərsliyinin dili, məzmunu, elmi yanaşmanın səthiliyi barədə tənqidlər səslənir. Təsadüfi adamların dərslik yazması, dərslikdən başı çıxmayanların redaktor kimi prosesdə iştirakı, alimlərin bu işdən kənarda saxlanılması kimi iddialar gündəmdədir.  

“Xarici mənblərdən dəyərsiz hekayələri götürüb dərsliyə salırlar, amma öz müəlliflərimizə elə də diqqət yetirmirlər” 

K.Nəhmətovanın feysbuk statusu diqqətimizi çəkdiyi üçün onun özündən bu barədə müsahibə götürdük. Könül xanım başdan dedi ki, söyləyəcəyi fikirlər onun şəxsi qəanətləridir və konkret olaraq hər hansı bir şəxsi müəllifi hədəfə almayıb, onun əsas məqsədi Azərbaycan dili dərsliklərindəki nöqsanların aradan qaldırılmasıdır. 

- Könül xanım, siz Azərbaycan dili dərslikləri ilə bağlı statuslar yazırsız və dərsliklərdəki çatışmayan cəhətləri qeyd edirsiz. Problemlər nədən qaynaqlanır? 

- Dərslikləri açan kimi bu nöqsanlar özünü dərhal göstərir. Məni daha çox elmi-nəzəri məsələlər maraqlandırır, o mətnlərə diqqət edirəm. Onları da oxuyan kimi, cümlələr mənə tamamilə yad gəlir, böyük əksəriyyəti yanlış görünür.  “Yanlış görünür” deməklə bunu bir az yumşaq ifadə etmək istəyirəm. Yanlış olmayanı da elə izah edirlər ki, nə şagird, nə də müəllim ondan ciddi bir elmi anlayış çıxara bilmir. Müəllim həmin o elmi anlayışdan çıxış edib şagirdə həmin məzmunu izah edə bilmir. Vəziyyət bundan ibarətdir. Təqdim edilən mətinlər mətn tərtibatı baxımından qüsurludur, verilən fikirlər də yanlışdır. Bu böyük əksəriyyətində belədir. Azərbaycan dili dərsliyinə yeni məzmun gətirilib. Söhbət mətnşünaslığın məzmunundan gedir. Mətnşünaslığın təqdim edilən məzmunu bizdə elmi səviyyədə işlənməyib, onun nəzəri əsasları yoxdur. Ayrı-ayrı elmi akademik mətnlərdə hansısa bir bədii əsərin problemlərindən danışa bilər. Amma bədii əsərin problemi nədir? Bunu izah edən  mənbələr var, amma bizdə elə mənbələr yoxdur. Bu cür ciddi bir mövzunu gətiriblər, amma həll edə bilmirlər. Halbuki, bir cümlə atıb keçməklə şagird məzmunu dərk edə bilməyəcək, müəllim də onu tədris edə bilmir. 

- Tez-tez eşidirik ki, bu dərsliklər kurrikulum standartlarına uyğun yazılıb, Avropa standartlarına istinad edilir və sair...Məgər belə deyil? 

- Avropa standartlarında o məzmun ona görə yer alıb ki, onlar illərlə o prosesə hazırlanıblar, onun elmi nəzəri bazasını hazırlayıblar. Bu gün onların kurikulumu ilə bizim səviyyəmiz niyə üst-üstə düşmür? Onlar bugünkü təhsilə iki əsr hazırlaşıblar. Ümumi təhsilin bünövrəsi XIX əsrdən qoyulub. XIX əsrdən onlar orta məktəblər üçün məzmun üzərində işləyiblər, bu mövzularda işlənib. Məsələn, problem nədədir? Əldə elmi  nəzəri baza yoxdur, amma biz onu dərsliklərə gətirmişik. Söhbət Azərbaycan dili dərsliyindən gedir. İkincisi də, bugünkü təhsil şagirdin bacarığını formalaşdırmağı hədəfləyən təhsildir. Doğrudurmu?

- Bəli. 

- Əgər bizim əlimizdə, müəllimin beynində o nəzəri məzmun olsaydı mən onunla razı olardım. Müəllim nə orta, nə ali məktəbdə fənninin məzmununu heç yerdən əldə edə bilmir. Tədris etdiyi o biliklərə yiyələnməyib. Amma ona deyirlər ki, bunu tədris etməlisən. Məsələn, abzas, esse  haqqında deyək.  Hər dərslikdə bir-birindən fərqli izah  verilib. Rus sektorunun dərsliyinə də baxırsan tam fərqli izah verilib, bu izahlar bir-biri ilə uzlaşmır. Hətta eyni müəlliflər bir mövzunu fərqli-fərqli siniflər üzrə də müxtəlif cür yazıblar. Eyni mövzunu özləri müxtəlif cür izah ediblər. 

- Azərbaycan dili dərsliklərində hansı nöqsanlar var ki, siz bir mütəxəssis, dilçi kimi buna biganə qala bilmirsiz? Problemin kökü nədir?

- Bu dərslikləri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə işləmək lazımdır, bu çox böyük effekt verər. Onlarla işləmək lazımdır ki, anlayışları terminaloji olaraq necə formalaşdırmaq olar ki, hamıya aydın olsun və Azərbaycanın dilinin qaydalarına, dilin özünə də uyğun olsun. 

- Dərslikləri kimlər yazır? Alimlər bu işə cəlb olunumur ki? 

- Dərsliklərin həmmüəlliflərinin adları kitabların üzərində qeyd edilir. Mən konkret olaraq müəlliflərin  adlarını çəkmək istəmirəm, məsələyə ümumi yanaşıram. Deyə bilərəm ki, müəlliflər arasında yalnız bir nəfərin elmi dərəcəsi var, o da Azərbaycan dili və ədəbiyyatı üzrə deyil, rus dili və ədəbiyyatı üzrə yazır. O da daha çox xarici mənbələrə bələddir, Azərbaycan mənbələrindən, Azərbaycan filologiyasından xəbərsizdir. Bu səbəbdən Azərbaycan dilinin məzmununda yer alan mətnlər də qənaətbəxş sayılmır. Az qala deyirlər ki, Azərbaycan ədəbiyyatında kifayət qədər normal mətn yoxdur ki, onlardan istifadə etsinlər. Yaxşı, başa düşürəm ki, Sovet dövrünün hekayələrindən laızmı şəkildə istifadə edə bilmirsiz, amma araşdırmaq lazımdır ki, bizim hansı ədiblərin tərbiyəvi didadktik hekayələri var, onları götürüb daxil edə bilərlər.   Qədirşünaslıqla yanaşmaq lazımdır. Məni narahat edən məsələlər belədir.

- Xarici mənbələrdən götürülən hekayələr sizi niyə qane etmir? 

- Çünki xarici mənblərdən dəyərsiz hekayələri götürüb dərsliyə salırlar, amma öz müəlliflərimizə elə də diqqət yetirmirlər. Məsələn, Nizami Gəncəvinin o qədər maraqlı nümunələri var ki, bunlar ancaq cəmi iki-üç mətn üzərində dayanırlar. “Yetim uşağın hekayəsi”, “Qarı və Sultan Səncər”, “Kərpiç kəsən kişinin dastanı”dır ki, ancaq onlardan istifadə edilir. Nizaminin əsərlərində elə motivlər var ki, onları işləyib hazırlamaq, dərsliklərə daxil etmək lazımdır. Rəfail Hüseynov deyir ki, heç işləməyə də ehtiyac yoxdur, çünki Sovet dövründə o məzmunlar  hekayə şəklində çap olunub, Mikayıl Rzaquluzadə onları yazıb. 

- Mikayıl Rzaquluzadə “Kitabi Dədə Qorqud”un motivləri əsasında “Ana ürəyi dağ çiçəyi” hekayəsini də yazıb...

- Bəli. Bunları araşdırıb üzə çıxarmaq lazımdır. Yeri gəlmişkən, Füzuliniun “Rindu zahidi”nin, Nizaminin hekayələrinin məzmunu tanıtmaq lazımdır. Nizamidə o qədər gözəl hekayələr var ki... Onları gətirmək lazımdır. Biz Nizamiyə müraciət etsək mükəmməl bir şəxsiyyət formalaşdırmağı qarşıya qoya bilərik. 

Fransız ədəbiyyatından gətirdiklləri o dəyərsiz hekayələrin bizim üçün nə əhəmiyyəti var? “Söz vermişəm” hekayəsi var. Mən onu Rusiyada  3-cü sinifdə oxuyanda oxumuşam. Mənim 3-cü sinifdə keçdiyim hekayəni 6-cı sinif dərsliyinə salıblar. Bu, şagirdin yaş xüsusiyyətinə də uyğun deyil. Bu “Söz vermişəm” hekayəsinin nə mənası var? Müasir uşaq o cür yetişdirilməməlidir, ayıq olmalıdır ki, hər yerdə manipulyasiya olan bir cəmiyyətə baş çıxara bilsin. 

- Dərsliklərlə bağlı geniş bir müzakirə açmaq üçün iyunun 9-na Ədəbiyyat dərsliyi ilə bağlı bir müzakirə elan etmisiniz ki, belə bir müzakirə keçiriləcək...Müəlliflərin gələcəyinə ümid edirsizmi?

- Mən müraciət etmişəm, ümid edirəm ki, gələnlər olacaq, çünki bu mövzuda maraqlı olan insanlar var. Xüsusən də müəllimlər bu müzakirəyə böyük maraq göstərir, mütəxəssislər də buna etinasız deyillər. Gəlməyənin də ürəyi bizim tədbirdə olacaq. 

Hesab edirəm ki, dərsliklərlə bağlı alimlər arasında müsabiqə keçirmək lazımdır. Azərbaycan dili dərsliyində elmi-nəzəri və mətn məsələləri çox ciddi məsələdir. Hələ mən dərslik tərtibatını, yaş xüsusiyyətlərini və başqa məsələri kənara qoyuram. Məni bu gün dərsliklərdə qane etməyən milli məsələlərdir, milli yanaşmalardır. Mənə görə, Azərbaycan dili dərsliyində Vətən anlayışı az qala sıradan çıxarılır. Abbas Səhhətin “Vətənimdir” şeirini aşağı siniflərdə tapmaq mümkün deyil, araşdıranda XIX sinif dərsliyində tapdım. Yadımda deyil, bilmədim sinifdənxaric oxuya salınıb, yoxsa dərsliyə. Abbas Səhhətin bu şeiri bizim himnimiz idi.  Nəyə görə bu qədər şəhid vermiş ölkənin Azərbaycan dili dərsliyində Vətən prioritet olmamalıdır? Bu məni şəxsən təəccübləndirir. 

- Ökənin bu qədər təhsillə bağlı elmi müəssisələri, təşkilatları var, onlar niyə bu məsələyə nəzarət etmirlər?

- Yaxşı olardı ki, bu sualı onların özlərinə verəsiniz. Mən bir mütəxəssis kimi  öz fikrlərimi deyirəm. Mən problemə ümumi qoyuram və  çıxışlarımda heç kəs hədəflənməyib. Mən məsələni fərdiləşdirməyin tərəfdarı deyiləm, ümumi yanaşıram. 

Ən böyük problemlərdən biri nədir? Aşağı siniflərdə başqa iş görülür, 7-ci sinifdən də o yana başa heyət çalışıb. Yuxarı sinif müəllif heyəti ilə şağı sinif müəllif heyəti arasında heç bir əlaqə yoxdur. Baxırsan ki, fəqrli işlər görürlər. Məsələ burasındadır ki, mənim özümü də kurikulumun yazılmasına dəvət etmişdilər imtina etdim. 

- Nə üçün?

- Çünki gördüm ki, standartları 5 nəfər yaza bilməz. Tutalım, 3-ü orta məktəb müəllimi, 2-si isə alim olmaqla  standart yazılmaz. Hanısa ölkənin universitetinin standartını götürüb qarşına qoyub köçürmək, Azərbaycan təhsilini, Azərbaycan dilinin tədrisini tamamilə ona uyğunlaşıdrmaq  səhv yanaşmadır. Ona görə də prosesdə iştirak etmədim. Özüm də dedim ki, bu standartlara imza atmamaq üçün bu tərkibdən çıxıram...Mühit məni qane etmədi, ona görə ki, kurikulum və standart belə yazılmalı deyil. 

- Təklifiniz nədir? 

- Hesab edirəm ki, dəsrliklərin yazılışı böyük heyətin iştirakı ilə həyata keçirilməlidir, burada akademik heyət olmalıdır. Bunu dəfələrlə təklif etmişəm ki, Azərbaycan dili dərsliyinin hazırlanmasına ölkəmizin ən irəlidə gedən mütəxəssiləri, alimləri cəlb edilməlidir. Söhbət akademik heyətdən söhbət gedir. Əgər orada alimlər də iştiark etməsə bu dərslik dərslik olmaz. Kurikulum çərçivəsi də, standartlar da bu şəkildə yazılmalıdır. Bu məsələyə alimin baxışı ilə orta məktəb müəlliminin baxışı bir deyil. Heyətin içində bir nəfər alim varsa, o bütün məzamuna nəzarət edə bilməz...

- Dərsliklər üçün tender elan edirlər. Amma yenə narazalıq var...

- Görürlər ki, tender özünü doğrultmur, başqa cür etsinlər. Taktikanı dəyişmək lazımdır. Alimlər arasında müsabiqə keçirsinlər, ciddi, obyektiv seçim olsun. Yox, dərsliklər obyektiv seçimlə həll olunmur, yüz faiz bu belədir, olsaydı dərsliklər bu vəziyyətdə olmazdı. 

- Siz özünüz dərslik yazmaq istərdiniz?

-   Belə bir təklif edilsə razı olmaram. Çünki mənim yanımda Rəfael Hüseynov, Nadir Məmmədli kimi akademik, professorlar olmalıdır ki, özümə güvənim, nə yazsam onlara göstərim. Dəfələrlə təklif etmişəm ki, İradə Musayevanın, Səadət Şıxıyevanın, Nadir Məmmədlinin, Rəfael Hüseynovun, Teymur Kərimlinin nəzəri biliklərindən istifadə olunsun. Tutaq ki, onlar praktikanı bizdən yaxşı bilir, amma elmi bilmirlər axı... 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031