Budapeştdə “sülh marşı” keçirilib
Dünən Macarıstanın paytaxtı Budapeştdə toplaşan on minlərlə insan Avropa Parlamentinə seçkilərə bir həftə qalmış baş nazir Viktor Orbana dəstək nümayiş etdirib. "European Pravda" bu barədə məlumat yayıb. Təşkilatçıların “sülh marşı” adlandırdıqları nümayişə Macarıstandan və qonşu ölkələrdən Orban tərəfdarları qatılıb. Onlar Budapeştdə Dunay çayı boyunca “Müharibəyə yox” yazılmış bayraqlar və plakatlar qaldıraraq, əlamətdar Zəncirli Körpüdən Marqaret adasına qədər yürüş ediblər.
Tərəfdarları qarşısında çıxışında Orban bildirib ki, indi onun partiyası üçün “Brüsseli işğal etmək” və Rusiyanın tam miqyaslı işğalı ilə mübarizə aparan Ukraynanı dəstəkləmək üçün Avropanın yanaşmasını dəyişdirmək vaxtıdır.
"Biz yalnız Macarıstan seçiciləri hökuməti dəstəkləsələr, müharibədən qaça bilərik ki, Avropa seçkilərində Brüssel bürokratları qorxu içində şəhər qapılarını açıb tələsik ofislərini tərk etsinlər" dedi. O, həmçinin əlavə edib ki, Ağ Evin keçmiş rəhbəri Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsinin tərəfdarıdır.
Mətləb