Bu axşam Çempionlar Liqasında final günüdür
![Image](/uploads/posts/2024-06/199261_abnjf2y7yr.webp)
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olacaq. Londonun "Uembli" stadionunda keçiriləcək final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gələcək. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mətləb Salahov