KÖHNƏ VERSİYA            

Fransanın müstəmləkə siyasəti alt-üst olur - Azərbaycanın böyük töhfəsi...

Image

Fransanın müstəmləkəçilik siyasəti dünya boyu ifşa olunmaqda, elə bu fonda da iflasa uğramaqdadır. Bunun səbəbi daha çox elə Fransanın özündən qaynaqlanır. Məsələyə bu rakursda nəzər salan ekspertlər diqqəti ona yönəldir ki, bu gün Fransanın timsalında suverenliyə hörmətsiz münasibət bəsləyən etibarsız ölkə obrazı formalaşıb. 

Bu, həm də ondan irəli gəlir ki, Fransanın müəyyən dairələrində hələ də müstəmləkəçilik təfəkkürü mövcuddur. Məhz bu təfəkkür ona vaxtilə öz müstəmləkələrində amansız hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməyə imkan verirdi. Amma Azərbaycan sayəsində vəziyyət dəyişir. 

Faktdır ki, bu gün yeni müstəmləkəçilikdən əziyyət çəkən, müstəmləkə zülmünə qarşı qətiyyətlə mübarizəyə qalxan daha çox ölkə ümidlərini Azərbaycana bağlayır. Fransız Polineziyasında, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı aksiyalarda Azərbaycan bayraqlarının da dalğalanması bunun təzahürüdür. Bu arada qeyd edək ki, Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Qeyd edək ki, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransanın Okeaniyadakı dənizaşırı ərazilərindən olan Fransız Polineziyası 1946-cı ildə BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına daxil edilib. Lakin yerli əhalinin razılığı olmadan 1947-ci ildə Fransız Polineziyası həmin siyahıdan çıxarılıb. Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına salınıb. Lakin Fransa bu qərara hələ də məhəl qoymur. Sonuncu sənədin qəbulu Fransız Polineziyasında Maohi Nui dövlətinin və “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı əzmkar mübarizənin nəticəsidir. Lakin bu koloniyalar fransız əsarətindən hələlik tam azad olmayıb. Ekspertlər qeyd edir ki, beynəlxalq hüquqda dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və insanlığa qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. Lakin müstəmləkə və postkolonial dövrünün cinayətlərinə görə beynəlxalq hüquqda məsuliyyətə cəlb edilmək üçün yüksək məhkəmə həddini aşmaq lazımdır. Elə  Fransa da uzun illər qeyri-insani rəftar nümayiş etdirərək, adalarda 200-ə yaxın nüvə sınağı keçirib və Maohi Nui xalqı bundan çox böyük əziyyət çəkib. Fransız Polineziyasından “Tavini Huiraatira” partiyasının baş katibi Viktor Maamaatuaiahutapu Fransanın BMT qətnamələrinə məhəl qoymadığını, nüvə sınaqlarını davam etdirmək istədiyini bildirib. Ölkəsinin təcrid olunduğunu bildirən Viktor Maamaatuaiahutapu xalqının səsini geniş ictimaiyyətə çatdırmaq üçün yaradılan imkana görə Azərbaycana təşəkkürünü ifadə edib. O, siyasi baxımdan gənc xalq olduqlarını və ədalətin bərpası üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb. Viktor Maamaatuaiahutapu qeyd edib ki, apardıqları mübarizə xalqlarının mövcudluğu uğrunda savaşıdır: “Biz Fransadan, sadəcə, xalqımızın yaşamaq hüququnu tələb edirik, haqq səsimizi çatdırmağa çalışırıq. Bu gün Fransa hələ də bizi eşitmək, dinləmək istəmir, bizi təhdid, qorxu və təzyiq altında saxlayır. Halbuki, özü insan haqlarından, demokratiyadan danışır. Lakin biz artıq buna inanmırıq. Ona görə də biz buradayıq və inanırıq ki, ədalətə nail olmaq üçün dostların təcrübəsi və dəstəyi ilə Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək”.

Onu da qeyd edək ki, qlobal dekolonizasiyanın əhəmiyyətini dünya miqyasında təsdiq edən BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il tarixli “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsi qəbul edilsə də, onun həyata keçirilməsi hələ də təmin edilməyib. Fransız Polineziyasında mövcud vəziyyət bunun bariz nümunəsidir. Fransız Polineziyasında keçirilən nüvə sınaqları nəticəsində 100 mindən çox insanın zərər gördüyünü deyən ekspertlər Fransa dövlətinin yalnız 2010-cu ildə nüvə sınaqlarının qurbanlarına kompensasiya üzrə komissiya yaratdığını və 2022-ci ilədək 454 sakinə kompensasiya verdiyini, onlardan yalnız 63 nəfərin polineziyalı olduğunu bildirir. Beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa bu gün də Polineziyada öz müstəmləkəçilik siyasətini davam etdirir. Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək, adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərməsi bu ölkənin müstəmləkəçi tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına ümidləri artırır. Bu fonda Azərbaycana da ümidlər böyükdür. Azərbaycan isə özünün prinsipial mövqeyini ifadə edib. Ölkəmizin siyasəti ondan ibarətdir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapmalıdır. Fransa müstəmləkəçilik siyasətindən imtina etməli, bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. Fransa bu reallıqla barışmalıdır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031