KÖHNƏ VERSİYA            

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyində cinayət işləri başladı...

Image

Elçin Qurbanov: “...Hüquqi əsas yaradılmadan həyata keçirilmiş əməliyyatlardır”

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparılıb.

Hesablama Palatasından bildirilib ki, audit 2023-cü ili əhatə edib.

2023-cü ildə Nazirliyin və tabeli qurumlarının illik smetası 33 395,9 min manat proqnozlaşdırılıb və il ərzində cəmi 35,3%-i yəni 11 788,9 min manat xərc icra edilib. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə 20 500,0 min manat smeta təsdiq edilib və 6 005,6 min manat, yəni 29,3% həcmində xərc icra edilib, “Dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə isə 250,0 min manat vəsait ümumiyyətlə icra edilməyib. Proqnozlaşdırmanın və aqrar sahənin uçot-statistik hesabatlığının qənaətbəxş olmaması icranın aşağı faizini şərtləndirib.

Nəzərdə tutulmadığı halda, 2023-cü il üzrə subsidiya üçün ayrılmış vəsaitlərdən 2019-cu ilin sənədlərinə əsasən 637,83 min manat məbləğində arı subsidiyasının və 2022-ci ilə görə isə 14,9 min manat məbləğində tütünçülük üçün məhsul subsidiyasının ödənişi Nazirlik tərəfindən həyata keçirilib.

Sığortalanmalı olan bitkilərin becərilməsinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta müqaviləsi bağlanılmadan, 321 şəxsə ümumilikdə 6353.18 ha sahə üçün 1397,7 min manat həcmində əkin subsidiyası ödənilib.

Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Gəlinən bu nəticələri peşəkarlar necə dəyərləndirir? 

Audit üzrə ekspert, iqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə subsidiyalaşdırılması nəzərdə tutulan qeyri-dövlət müəssisələri bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalçıları olan sahibkarlıq subyektləridir: “Təsdiq edilmiş smeta üzrə 20.5 mln manatın 6,005 mln manatının, yəni cəmisi 29.3 faizinin təyinatı üzrə istifadə edilməsi de-yure proqnozun icra edilməməsi deməkdir. Bildiyimiz kimi, kənd təsərrüfatı strateji sahədir. Onun inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı yerli istehsalçıları üçün dövlət bütün texniki, hüquqi , maliyyə , inzibati resurslardan tam şəkildə yararlanmaq imkanları müəyyən edib.  Dövlət tərəfindən aqreqatların (avadanlıqların) idxalında vergilərdən, rüsumlardan azadolma və güzəştlərin tətbiqi, yerli kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergidən azad edilməsi, taxıl təsərrüfatları üçün yanacaq xərclərinin kompensasiya edilməsi, kübrə ehtiyaclarının qarşılanmasında verilən maliyyə dəstəyi, kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn Aqrar kreditlərin, (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) verilməsinə dövlət dəstəyi, faiz zəmanəti və s. kütləvi tədbirlər  həyata keçirilir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Palatanın mətbuatda dərc olunan məlumatında  nəzərdə tutulmadığı halda, 2023-cü il üzrə subsidiya üçün ayrılmış vəsaitlərdən 2019-cu ilin sənədlərinə əsasən 637,83 min manat məbləğində arı subsidiyasının və 2022-ci ilə görə isə 14,9 min manat məbləğində tütünçülük üçün məhsul subsidiyasının ödənişinin Nazirlik tərəfindən həyata keçirilməsi təqdir olunmalıdır.

Belə ki, 2019-cu ildə arıçılıq təsərrüfatları üçün nəzərdə tutulmuş, lakin verilməmiş subsidiyalar təsərrüfat sahiblərinə 2023-cü ildə  verilib. Anoloji hal 2022-ci ilin tütünçülük üçün məhsul subsidiyasının verilməmiş ( həm əkin , həm də biçin üçün nəzərdə tutulmuş) tam həcminin verilməsi 2023-cü ildə Nazirlik tərəfindən həyata keçirilib.

Burada bir sıra əsas qanun pozuntuları sığortalanmalı olan bitkilərin becərilməsinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta müqaviləsi bağlanılmadan, 321 şəxsə ümumilikdə 6353.18 ha sahə üçün 1397,7 min manat həcmində əkin subsidiyası ödənilməsi faktları da əksini tapır. Aşkarlanmış bu qanun pozuntusu xərclərin sənədləşdirilməməsidir. Yəqin ki, Palata nümayəndələri həmin təsərrüfat sahiblərinə subsidiyaların verilməsi ilə bağlı əminlik yaradan faktlar əldə ediblər. Əks halda mənimsənilmə kimi qiymətləndirilə bilər. İstənilən halda subsidiyalar təsərrüfatçılar tərəfindən şəxsən alınmalıdır. Aşkarlanmış bu pozuntu da mühasibat uçotunda buraxılmış nöqsanlar kimi qiymətləndirilə bilər.

2023-cü ildə müvafiq səlahiyyətlər müəyyən edilmədiyi halda Nazirliyin müvafiq əmrləri ilə tabeli qurumları arasında maliyyə vəsaitlərinin ötürülməsi həyata keçirilməklə tabeli qurumların ehtiyaclarını və kreditor borclarını bağlamaq üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 658,7 min manat vəsaitin ödənilməsinə gəlincə , aşkarlanmış bu kənarlaşma da bilavasitə hüquqi sənədlərlə əlaqəli pozuntulardır. Yəni hüquqi əsas yaradılmadan həyata keçirilmiş əməliyyatlarıdır. Mühasibatlıq şüurlu şəkildə bu qədər riskə gedə bilməz. Daxili nəzarət belə nöqsanlara qarşı tədbirli olmalıdır.  Əgər mənimsəmə halları aşkar edilməmişdirsə həmin əməliyyatlar buraxılmış nöqsan kimi məsuliyyət yaradır.  

Nazirliyin tabeli qurumunun anbarında saxlanılan 35,8 ton mineral gübrənin faktiki anbar qalığından artıq olduğu, uçot sənədlərində isə fərqin öz əksini tapmaması halı öz növbəsində satışı (verilməsi) sənədləşdirilmiş lakin malın təqdim edilməməsi faktı üzrə kənarlaşmanın aşkar edilməsi kimi qiymətləndirilə bilər.    

Nazirliyin tabeli qurumunun bazasında sərgilənən kənd təsərrüfatı texnikalarının (266.9 min manat) istehlakçılara təqdim edilməsinə baxmayaraq, mühasibat uçotu sənədlərində debitor borc kimi qeydiyyatının  aparılmaması ilə əlaqədar kənarlaşmalara gəlincə isə, bunu texnikaların təqdim edilməsindən gələn gəlirlərin mənimsəmə məqsədilə gizlədilməsi kimi qiymətləndirmək həm olar , həm də olmaz. Çünki texnikanın təhvil-təslim aktları var. Yəqin ki, hesablaşmalar da nağd qaydada həyata keçirilmir. Hər halda, mədaxil əməliyyatlarının uçotdan gizlədilməsinin və gələcəkdə maliyyə nəzarət tədbirləri çərçivəsində problemin aşkara çıxacağı barədə düşünməmək ağıllı fikir deyil. İnanmaq istəmirəm ki, peşəkar mühasib hər hansı sifariş əsasında belə məsuliyyətsizlik edə bilsin. Əgər məsələyə rasional yanaşsaq, aşkar edilmiş kənarlaşmanı məsuliyyətsizlik kimi qiymətləndirmək daha düzdür. İstənilən halda, bu hallar hüquqi məsuliyyət yaratdığı üçün sənədlər prokurorluğa göndərilib”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031