İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərir - “The Wall Street Journal” yazır
İran Ukraynada xüsusi əməliyyat keçirmək üçün Rusiyaya müasir qısa mənzilli ballistik raketlər ötürməyə hazırlaşır. Bu barədə “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sentyabrda Tehrana səfəri zamanı Ababil və Fateh-110 raketlərinin nümayiş olunduğu sərgiyə baş çəkməsindən sonra Vaşinqtonun narahatlığı artıb. Nəşrin iddiasına görə, İran bu cür əməkdaşlıqdan faydalanır, çünki Moskva ona peyklərdən məlumat toplamaq qabiliyyətini təkmilləşdirir və raketlər, hava hücumundan müdafiə və hərbi elektronika sahəsində yardım təklif edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, İran artıq Rusiyanı pilotsuz təyyarələr, idarə olunan bombalar, artilleriya sursatları və informasiya daşıyıcıları ilə “təmin edir”. Buna görə də C.Kirbi hesab edir ki, ballistik raketlərin Moskvaya ötürülməsini istisna etmək olmaz. Ağ Ev nümayəndəsi isə Rusiyanın müdafiə naziri Şoyqunun Tehranın hərbi məhsulları ilə tanışlığını “malların yoxlanılması” adlandırıb.
Mətləb