KÖHNƏ VERSİYA            

Nə günə qaldın, Zatulin? - İndi də kilsənin lobbiçiliyinə başlayıb...

Image

Tural İrfan: “Bu əsassız iddianı səsləndirən kəs tarixə baxsın, tarixi araşdırsın və onda görəcək ki, danışdıqları ağ yalandan başqa bir şey deyil”

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə də antiazərbaycan davranışlarını davam etdirir və ölkəmizə qarşı həqiqətə uyğun olmayan fikirlər söyləyir. 

Erməni yalanlarını, saxtakarlıqlarını, əsassız ərazi iddialarını dəstəkləməklə kifayətlənmək istəməyən Zatulin bir az da irəliyə gedərək erməni Qriqoryan kilsəsinin lobbiçiliyini edir. O, mayın 30-da Moskvada “Lazarevski Klubu”nun 6-cı iclasında bir sıra hədyanlar danışıb. 

Zatulin heç bir əsas olmadan Azərbaycanı Qarabağ ərazisində olan monastırların, kilsələrin adlarını dəyişməkdə, “erməni kilsəsini” albanlaşdırmaqda ittiham edib. Tarixi gerçəklikdən xəbərsiz olan erməni muzdlusu Zatulin elə ağ yalan danışıb ki, oxuyanda adam onun ağlına şübhə ilə yanaşmaya bilmir. Azərbaycanın öz halal ərazilərini işğaldan azad etməsini sinirə bilməyən bu ünsür iddia edib ki, guya Azərbaycan “erməni kilsə”lərini alban monastırı hesab edir. “Həqiqətən də, vaxtilə erməni kilsəsinin tərkibində alban kilsəsi olub və on minə yaxın udin var”-deyib. Udilərin alban kilsəsinin varisi olması faktını həzm edə bilməyən Zatulin unudur ki, onlar bu kilsənin varisləri kimi qələmə verilmir, gerçəkdən udilər alban kilsəsinin varisləridir. Guya Azərbaycan ermənilərin “Dadavank” adlandırdığı monastırın adını dəyişib Xudavəng qoyub. Əslində, o monastırın adı elə Xudavəng olub və adı ermənilər tərəfindən qanunsuz olaraq dəyişdirilib. Xudavəngin də alban xristian monastırı olmasının sübuta ehtiyacı yoxdur ki... Azərbaycan zəvvarlarının Xudavəngə ziyarətə getməsini “qanunsuz” və birbaşa “tarixi irsə qarşı cinayət” adlandıran Zatulin elə tarixi irspərəstdirsə, bəs onda nə üçün ermənilərin alban abidələrinin başına gətirdiyi müsibətləri dilə gətirmir? Demək məqsəd erməni yalanlarına daha bir dəstək vermək, alban irsinin əsl sahibləri olan udilərin hüquqlarını pozmaqdır. Qarabağdakı alban kilsə və monastırları erməni təcavüzü dövründə erməniləşdirilib və o abidələrə saxta erməni xaçkarları, başqa elementlər qoyulub. İndi isə ərazilərimiz də, monastırlarımız da azaddır və xristian zəvvarlar o monastırları rahatlıqla ziyarət edib ayinlər icra edirlər. Zatulin kimi erməniyanlıları da yandıran budur. Ona görə də əlinə keçən tribunadan erməni kilsəsinin lobbhiçiliyini edir. Bu isə başadüşüləndir. 

“Zatulinin hansı yolun yolçusu olduğunu hər kəs bilir, bu baxımdan, onun bu dəfə dedikləri də cəfəngiyatdan başqa bir şey deyil” 

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür siyasi bəyanatlarda tarix nəzərə alınmır. “Necə ki, qondarma erməni soyqırımı məsələsi ilə bağlı dəfələrlə Türkiyə qarşısına əsassız tələblər qoydular, bir çox müsəlman ölkələri də ermənilərə səsləndilər ki, arxivlər açılsın, buna da ermənilər razı olmadılar. Bu cür iddialarda tarixə, arxiv sənədlərinə əsaslanılsa ermənilərin bu iddiaları tamamilə ifşa olunar. Ona görə də Qafqaz Albaniyası tarixi bu məsələlərin isbatına kifayət edir ki, heç də tarixdə “Qafqaz Ermənistanı” olmayıb. Qafqaz Albaniyası olub. Qafqaz Albaniyası olubsa, bəs onun kilsəsi olmayıbmı?  Şimali Azərbaycanda, eləcə də indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda mövcud olan xristian abidələrinin, monastırların, kilsələrin əksəriyyəti Qafqaz Albaniyasına aiddir və orada aparılan arxeoloji qazıntılar, eləcə də tarixi faktlar bunu sübut edir. Hətta bu ərazilərdə qədim türk Tanrıçılıq dinlərinə mənsub abidələr də var ki, bu tamamilə ermənilərin bütün iddialarını puça çıxarır. Bu baxımdan hesab edirəm ki, bu cür məsələlərə bizim alimlərimiz daha kəskin cavab verməlidirlər. AMEA da daxil olmaqla, elmi qurumlarımız cavablar verməkdə aktiv olmalıdırlar. Rəhmətlik akademik Ziya Bünyadov bu kimi məsələləri çox açıq-aydın şəkildə ifşa edirdi, erməni iddialarını puça çıxarırdı. Təəssüflər olsun ki, indi bizim elə kəsərli söz deyən alimlərimiz yoxdur. Bu tamamilə cəfəngiyatdır, erməni kilsəsi deyə bir şey olmayıb. Bunlar sonradan qondarılmış bir məsələdir.  Ermənilər tarixən burada yaşamaya-yaşamaya bu bölgədə erməni kilsəsi necə ola bilər?”

T.İrfan vurğuladı ki, İrəvandakı Cümə məscidini farslar “İran məscidi” kimi restavrasiya edib, hətta ora bir saxta lövhə də yapışdırıblar. Bunun da bir qədər dinin və məzhəbin eyniliyindən sui-istifadə  cəhdi olduğunu deyən T.İrfan bildirdi ki, ermənilər də məhz xristian olduqları və alban-udi kilsəsinə məzhəb baxımından bir qədər yaxınlıq hiss olunduğu üçün bu yola əl atırlar: “Alban xaçı ilə erməni xaçı fərqlidir. Xaç Qafqaz Albaniyasında başqa cür olub. Buna da bir qədər dəyişiklik edib həmin abidələri guya erməni abidəsi kimi qələmə verməyə çalışırlar, əslində isə onlar alban abidələridir. Ermənilərin bu davranışları cəfəngiyatdır. Qafqaz Albaniyası olub, udilər də həmin o Qafqaz Albaniyasından qalmış bir xalq, bir əqidə daşıyıcısı kimi bu kilsələrin varisləridir, eyni zamanda Qafqaz Albaniyasının tarixi yadigarı  

Azərbaycan bu kilsələrin sahibidir, varisidir. Qafqazda erməni kilsəsi deyilən bir nəsnə mövcud olmayıb. Onu sonradan qondarıblar, ondan  siyasi məqsədlərə çatmaq, Türkiyə və Azərbaycan əleyhinə istifadə etmək, bütövlükdə isə Qafqazda təxribatları idarə etmək üçün Qərb gücləri, eləcə də o dövrkü Rusiya dövləti tərəfindən qondarılıb. Erməni kilsəsi də, erməni dövləti də o dövlətlər tərəfindən bölgədə təhlükə mənbəyi kimi qurulan bir məsələdir. Ona görə də hesab edirəm, bu iddiaların özü bir şantaj xarakteri daşıyır ki, guya erməni kilsələrini Azərbaycan albanlaşdırır. Bunlar hamısı cəfəngiyatdır, yalandır. Bu əsassız iddianı səsləndirən kəs tarixə baxsın, tarixi araşdırsın və onda görəcək ki, danışdıqları ağ yalandan başqa bir şey deyil. İkincisi də, alban kilsəsi erməni kilsəsinin yox, erməni kilsəsi alban kilsəsinin nəzdində fəaliyyət göstərib, yaxid ona tabe olub. Bu ola bilər. Çünki Qafqaz Albaniyasının bütün dövrlərinə, Cavanşirin zamanına, yaxud başqa bir vaxta aid tarixi mənbələrdə, orta əsr mənbələrində, müasir tədqiqatlarda, tarixi məxəzlərdə, nəşrlərdə də bu öz təsdiqini tapır. Açıq-aydın şəkildə hər şey göz qabağındadır. Moisey Kalankatlının Qafqaz Albaniyasına həsr etdiyi tarixi əsərdə də bunların hamısı özünü təzahür etdirir. Yəni Qafqazda erməni kilsəsi, erməni dini, erməni mədəniyyəti deyilən bir nəsnə olmayıb, bunun heç izi-tozu da yoxdur. Onlar Hindistandan və Babilistandan müxtəlif qaraçı tayfalarının tərkibi olaraq dünyanın müxtəlif ölkələrinə yayılıblar və Qafqaza da Gülüstan və Türkmənçay müqaviləsindən sonra İrandan, Türkiyədən və başqa ölkələrdən köçürülüb gətiriliblər. Onları bir yerə Ermənistan adlı dövlət yaratmaq üçün cəmləşdiriblər. Belə olduğu halda, indiki Ermənistanda qədim erməni kilsəsi necə mövcud ola bilər?”

O qeyd etdi ki, kiçik bir qövm olan ermənilərin Qafqaz Albaniyasına aid olan böyük tarixi memarlıq irsini qurub yaratmaq gücləri vardımı? “Bunun özü də absurddur”-deyə bildirən ilahiyyatçı hesab edir ki, o dövrdə burada çox az sayda erməni yaşamış olsa da belə, bir ovuc erməninin bu qədər möhtəşəm abidəni tikməyə gücü belə ola bilməzdi. “O abidələrin öz tarixi varisləri var. Həm bu tarixi abidələr, həm də kilsələr  Qafqaz Albaniyasına məxsusdur. Buna nə siyasi, nə tarixi, nə də başqa yöndə bir irad ola bilər. hərtərəfli olaraq bu abidələr də, bu kilsələr də Qafqaz Albaniyasına aid olan irsdir. Ermənilərin əsla Qafqazda nə mədəniyyəti, nə tarixi irsi mövcud olmayıb”-deyə T.İrfan vurğuladı. 

T.İrfan hesab edir ki, bu baxımdan Zatulinin də iddiaları cəfəngiyatdan başqa bir şey deyil: “Zatulinin hansı yolun yolçusu olduğunu hər kəs bilir, bu baxımdan, onun bu dəfə dedikləri də cəfəngiyatdan başqa bir şey deyil.  O həmişə ermənilərin əlində alət olub və erməni lobbisinin pulu ilə qidalanıb. Hər şeydən əli çıxıb, indi də erməni kilsəsinə təəssübkeşlik edir, bu yolla təxribatçılıqla məşğul olur.  Amma onun heç bir təxribatı baş tutası deyil, çünki gerçəklik dəyişməzdir. O adama bir daha xatırladaq ki, ermənilər alban kiləsinin irsini oğurlayıb saxtalaşdırıblar”-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031