Putin Rusiya-Ukrayna müharibəsini İsrail-Fələstin savaşı ilə müqayisə etdi – şokedici deyilmi...
Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib. Bunu Rusiya prezidenti Vladimir Putin G20 sammitində çıxışı zamanı deyib.
"Əlbəttə, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, danışıqlar prosesindən çəkildiyini açıq elan edən Rusiya deyil, Ukrayna olub. Üstəlik, bu, Rusiya ilə bu cür danışıqları qadağan edən və prezidentin (Zelenski) imzasını daşıyan fərmanla leqallaşdırıldı", - Putin deyib.
Putin daha sonra deyib ki, əgər Ukrayna danışıqlar prosesini istəyirsə, o zaman teatral jestlərə ehtiyac yoxdur, Rusiya ilə danışıqları qadağan edən fərman ləğv edilməlidir. Onun sözlərinə görə, Rusiya təhlükəsizlik zəmanətlərinin müşayiəti ilə heç vaxt Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin əleyhinə olmayıb,
Daha sonra Ukraynadakı müharibəni İsrail-Fələstin savaşı ilə müqayisə edən Putin, “Başa düşürəm ki, bu müharibədir, insan itkisi hər kəsi şoka salır. 2014-cü ildə Ukraynada baş verən qanlı çevriliş və ondan sonra Kiyev rejiminin Donbassdakı xalqına qarşı apardığı müharibə də şok yaratmadımı? Eyni zamanda, bu gün Fələstində və Qəzza zolağında dinc əhalinin məhv edilməsi şokedici deyilmi? Həkimlərin uşaqları anesteziyasız əməliyyat etdirməsi şokedici deyilmi? Birləşmiş Millətlər Təşkilatının baş katibinin Qəzzanın nəhəng uşaq qəbiristanlığına çevrildiyini söyləməsi şokedici deyilmi?” deyib.
TAHİR