Zelenskidən Trampın Rusiya ilə sülh planına reaksiya - Mən hazıram...
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampın sülh planını müzakirə etməyə hazır olduğunu bildirib.
Trend xəbər verir ki, Zelenski bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
"Gəlin, onunla danışaq və onun sülh formulunda hansı addımların olduğunu göstərməyi üçün imkan yaradaq. Mən hazıram", - o deyib.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizədliyini irəli sürmüş Donald Tramp Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində həll edə biləcəyini deyib. Bu sözlərindən sonra Ukrayna prezidenti Volodimir Zelenski bunun mümkün olmadığını Donald Trampa şəxsən izah etmək üçün onu Ukraynaya dəvət edib. Lakin hazırkı ABŞ prezidenti Co Baydenlə münaqişə yaşamaq istəmədiyini bildirərək bu dəvətdən imtina edib.