İsrailin 3 radikal naziri məhbuslarln mübadiləsinə yox dedi..
İsraillə HƏMAS arasında əldə edilən məhbus mübadiləsi razılaşmasının təfərrüatları mətbuata əks olunan xəbərlərlə yanaşı rəsmi açıqlamalarla da üzə çıxmağa başlayıb. İsrail və HƏMAS, Qətər və Misirin vasitəçiliyi ilə məhbus mübadiləsi barədə razılığa gəlib. İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və onun partiyasından olan iki nazir razılaşmaya “yox” səs verib. Nazirlər Kabinetinin iclasından sonra Baş Nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, İsrailin HƏMAS ilə əsir mübadiləsi razılaşmasını və hərbi əməliyyatlarda 4 günlük humanitar fasiləni qəbul etdiyi açıqlanıb.
Açıqlamada, "4 gün ərzində qadın və uşaqların da olduğu ən azı 50 girovun azad edilməsi və bu müddət ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur" , - deyə bildirilib.
Leyla SƏMƏNDƏR