Zelenskidən ŞOK açıqlama: “Donbas və Krımı Rusiyaya versək, müharibə bitəcək"
Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” kanalına müsahibəsində müharibənin bitməsi ilə bağlı fikirlər səsləndirib. Ukrayna lideri bildirib ki,“Donbas və Krımı Rusiyaya versək, müharibə başa çata bilər”. Amma o bəyan edib ki, rəsmi Kiyev buna razı olmayacaq.
V.Zelenski həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampla sülh planını müzakirə etməyə hazırdır: “Əlbəttə, onun heç də bütün təklifləri ilə razılaşmayacağıq. Amma Trampı dinləməyə hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər”.
Mətləb