Donald Trampın məhkəməsi təxirə salındı
ABŞ-ın sabiq prezidenti Donald Trampla bağlı məhkəmə proseslərindən biri təxirə salınıb. D.Tramp bu prosesdə məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edilirdi. Prezidentliyə namizədin məhkəmə prosesi mayın 20-də başlamalı idi. Lakin hakim təqdim edilən sənədlərin çoxluğunu əsas gətirərək prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.
Hazırda Nyu-York məhkəməsi Trampla bağlı başqa bir işə də baxır. Bu, Trampın prezident seçilməzdən əvvəlki maliyyə məsələləri ilə bağlıdır.
Mətləb Salahov