"Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir" - Maduro
Venesuela prezidenti Nikolas Maduro “Maduro Plus ilə” adlı müəllif proqramında çıxışı zamanı bəyan edib ki, müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları bir sıra hərbi münaqişələr planlaşdırıb:
“ABŞ-ın bu məqsədlər üçün 95 milyard dollar ayırması bunu sübut edir. Ukrayna-Rusiya müharibəsi ən azı 20 ildir ki, Rusiyanın gücünü məhv etmək üçün planlaşdırılırdı, lakin ABŞ bunu bacarmadı. Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi baxımdan daha güclüdür”.
Mətləb Salahov