Antoni Blinken Səudiyyə Ərəbistanına gəlib
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə AFP agentliyi məlumat yayıb.
ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.
Mətləb